10/01/2012 N 01(1177)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Seçim
Rəy
Qiymət
Qol+
Müsabiqə
Fikir
VİP
Top
Xəbər
Fikir
Top
Persona
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Çempionu darmadağın etdilər
İngiltərə Premyer Liqasında ön sıranı zəbt etmiş iki Mançester klubunun yeni il günlərində sinxron büdrəməsi hər kəsi şoka saldı. Növbəti sınağına "Yunayted"dən əvvəl çıxan "Siti" Premyer Liqanın iddialılarından olan "Liverpul"u darmadağın etdi. Ümumiyyətlə, "Şəhərlilər" son vaxtlar sürəti azaltmışdılar. Ardıcıl iki oyunda qol vurmadan qələbəyə həsrət qalan lider öncəki turda matç boyu qapısını kəsdirdiyi "Sanderlend"dən son saniyələrdə yediyi qolun qurbanı oldu.
   Son 5 oyunda məğlubiyyət bilməyərək liderlər qrupuna yaxınlaşan liverpullular isə "Sanderlend" qədər fərasətli çıxa bilmədilər. Oyunun ilk dəqiqələri döyüşlü kəşfiyyata sərf olundu. Lakin bu vəziyyət elə də çox çəkmədi. Artıq 10-cu dəqiqəyə qədər komandalar təhlükəli anlar mübadiləsi etdilər. Əvvəlcə Henderson Dauninqi cərimə meydançasının sağ qanadı ilə irəli çıxartdı. Lakin ikinciyə Hartı üstələmək müyəssər olmadı. Cavab hücumda Zekonun iti bucaq altından zərbəsində Reyna inamlı oynadı. Ancaq yenə də hesabı "Siti" açdı. Elə 10-cu dəqiqədə Aqueronun elə də təhlükəli olmayan zərbəsində qapıçı topu altından tora buraxdı.
   "Liverpul" yalnız nadir əks-hücumlarla cavab verirdi ki, bunların da heç bir təhlükəsi olmurdu. Qarşı qapıda isə təhlükəli anlar tez-tez yaşanırdı. Belə anların birində künc zərbəsindən sonra Kompaninin baş zərbəsində "Liverpul"u Reynanın gözəl reaksiyası qurtardı. Lakin sonrakı epizodda o da komandasına kömək edə bilmədi. Yenə top küncdən qaldırıldı və Yaya Ture baş zərbəsi ilə üstdirək altından topu qapıya göndərdi. İlk yarının qalan dəqiqələrində komandaların qeyri-dəqiq cərimə zərbələrindən başqa bir şey olmadı.
   İkinci yarıda Mançester səmasını alan qara buludlardan gələn leysan komandaların fəallığını xeyli azaltdı. Ən maraqlı anlar son 15 dəqiqədə yaşandı. Əvvəlcə ikinci sarı ilə meydandan qovulan Barri "Siti"ni azlıqda qoydu. Lakin qonaqlar say üstünlüyündən yararlana bilmədilər. Əksinə, hadisədən iki dəqiqə sonra növbəti qolu buraxdılar. Milner penaltini dəqiq yerinə yetirdi.
   Digər Mançester klubunun oyununda isə ssenari tam əksinə oldu. Burada da bir tərəf 3 cavabsız qol vurdu. Ancaq bu halda gülən tərəf "Yunayted" deyil, onun rəqibi "Nyukasl" oldu. Ardıcıl 2-ci məğlubiyyət Ser Aleks Ferqyusonu ciddi düşünməyə vadar etməlidir. Səhvlərlə zəngin oyunun ilk yarısında həlledici nöqsan Rio Ferdinandın adına yazıldı. Onun başla zərbə vurmağa imkan verdiyi Demba Ba elə Ameobinin baş ötürməsini uzaq küncə yönəldərək qola çevirdi. İkinci yarının əvvəlində Kabayenin qolu daha gözəl oldu. Onun cərimə zərbəsində top Lindeqorun qapısının "doqquzluğ"una tuş oldu. Maraqlıdır ki, buraxılan qoldan sonra arxayınlaşıb müdafiəyə çəkilməyən ev sahibləri yenə də irəli atıldılar. "Nyukasl" rəqibə son saniyələrdə qol vurmağa imkan verdi, ancaq öz qapısına. Tim Krul qüvvətli zərbə ilə topu meydanın mançesterlilərə aid hissəsinə vurdu və Fil Consun dizinə dəyən top Lindeqorun qoruduğu qapıya daxil oldu.
   İngiltərə Premyer Liqası. Tur 19
   30 dekabr
   "Liverpul" - "Nyukasl". 3:1
   Qollar: Bellami, 30, 67, Cerrard, 78 - Ba, 25.
   "Liverpul": Reyna, Agger, Şkrtel, Enrike, Conson, Adam (Cerrard, 59), Spirinq, Dauninq, Henderson, Bellami (Keyt, 74), Kerroll.
   "Nyukasl": Krul, Koloççini, Uilyamson, Teylor (Santon, 46), Simpson, Tiote, Kabaye, Qutyerres, Obertan (S.Ameobi, 85), Ba, Vuçkiç (Ben-Arfa, 65).
   
   31 dekabr
   "Suonsi" - "Tottenhem". 1:1
   Qollar: Sinkleyr, 84 - van der Vart, 44.
   "Suonsi": Vorm, Uilyams, Monk, Teylor, Riçards (Ranhel, 46), Qover (Aqustyen, 62), Allen, Sinkleyr, Dayer, Mur (Qrem, 69), Dobbi.
   "Tottenhem": Fridel, Qallas, Kabul, Assu Ekotto, Uolker, Beyl, Modriç, Parker (Livermor, 71), Sandro, van der Vart (Defo, 71), Adebayor.
   
   "Norviç" - "Fulhem". 1:1
   Qollar: Cekson, 90+3 - Sa, 7.
   "Norviç": Raddi, Ayyala, Uitbred, Nouqton, Martin, Conson, Foks (Holt, 46), Pilkinqton (Bennett, 80), Surman, Xulahan, Morison (Cekson, 69).
   "Fulhem": Stokdeyl, Hangelann, Senderos, Riise, Kelli, Dempsi, Merfi (Etuxu, 65), Frey (Daff, 80), Ruis, Sa (Sidvell, 79), Dembele.
   
   "Stok Siti" - "Uiqan". 2:2
   Qollar: Uolters, 77-pen., Cerom, 84 - Mozes, 45, Uotson, 87.
   Qırmızı vərəqə: Kolduell, 76.
   "Stok Siti": Sorensen, Hut, Şoukross, Uilkinson (Şotton, 49), Uilson, Palasios, Delap, Eterinqton (Cerom, 73), Pennant, Krauç, Uolters (Cons, 90).
   "Uiqan": Əl-Həbsi, Alkaras, Kolduell, Fiqeroa, Stam, Diame, Cons (Uotson, 86), Makkarti, Qomes (Qohuri, 78), Rodalleqa, Mozes.
   
   "Mançester Yunayted" - "Blekbörn". 2:3
   Qollar: Berbatov, 52, 62 - Yakubu, 16-pen., 51, Henli, 80.
   "Mançester Yunayted": de Xea, Rafael (Kin, 85), Kerrik, Cons, Evra, Valensiya, Pak Çji Sun, Nani, Uelbek, Berbatov, Ernandes (Anderson, 46).
   "Blekbörn": Bann, Samba, Q.Henli, A.Henli, Loui, Pedersen, N"Zonzi, Petroviç, Formika (Qudvilli, 85), Roçina (Morris, 55), Ayeqbeni (Sleu, 89).
   
   "Bolton" - "Vulverhempton". 1:1
   Qollar: Riketts, 22 - Fletçer, 49.
   "Bolton": Yayaskelyaynen, Nayt, Kehill, Riketts, Steynsson, Reo Koker, Muamba, Petrov, M.Devis, N"Qoq (K.Devis, 87), Klasniç (Şanlı, 77).
   "Vulverhempton": Hennessi, Berra, Conson, Elokobi (Edvards, 46), Stirmen, Hant (Foli, 82), Henri, Uord, Cervis, Ebanks-Bleyk, Fletçer (Doyl, 68).
   
   "Çelsi" - "Aston Villa". 1:3
   Qollar: Droqba, 23-pen. - Ayrlend, 28, Petrov, 83, Bent, 86.
   "Çelsi": Çex, Ferreyra (Bosinqva, 75), Luis, Terri, Koul, Ramires, Romeu (Lempard, 57), Meyreleş, Mata, Starric (Torres, 63), Droqba.
   "Aston Villa": Quzan, Kuelyar, Kollinz, Dann, Uornok, Klark, Olbrayton (Qardner, 78), Petrov (Bannan, 85), N"Zoqbiya (Bent, 78), Ayrlend, Aqbonlahor.
   
   "Arsenal" - "Kuins Park Reyncers". 1:0
   Qol: van Persi, 60.
   "Arsenal": Hensnı, Koşelnı, Mertezaker, Vermalen (Koklen, 54), Curu, Sonq, Arteta, Remzi, Uolkott (Jervinyo, 75), Arşavin (Rosiçki, 67), van Persi.
   "Kuins Park Reyncers": Çernı, Yanq, Konnoli, Qebbidon, Traore (Orr, 78), Faurlin, Barton, Taarabt, Rayt Fillips, Makki (Smit, 74), Botroyd (Kempbell, 64).
   
   1 yanvar
   "Vest Bromviç" - "Everton". 0:1
   Qol: Aniçebe, 87.
   "Vest Bromviç": Foster, Makouli, Douson, Şori, Cons, Morrison, Şarner, Tomas, Brant (Dorrans, 90), Odemvinqi, Lonq.
   "Everton": Hovard, Yaqelka, Disten, Beyns, Hibbert, Heytinqa, Nevill (Aniçebe, 65), Osman, Kehill, Saa (Strakkualursi, 65), Roduell (Queye, 57).
   
   "Sanderlend" - "Mançester Siti". 1:0
   Qol: Çji Don Von, 90+3.
   "Sanderlend": Minyolet, Braun (Kilqallon, 26), O"Şi, Kolbek, Qardner, Kattermol, Von (Əl-Mühəmmədi, 83), Sessenyon, Maklin, Larsson, Bendtner (Çji Don Von, 78).
   "Mançester Siti": Hart, Leskott, Kompani, Kolarov (Riçards, 67), Sabaleta, Berri, de Yonq (Aquero, 46), Nasri (Silva, 55), Conson, Ceko, Yaya Ture.
   20-ci tur
   2 yanvar
   "Vulverhempton" - "Çelsi". 1:2
   Qollar: Uord, 85 - Ramires, 54, Lempard, 89
   "Vulverhempton": Hennessi, Stirmen, Uord, Conson, Berra, Edvards (Foli, 76), Henri, Frimponq (Fletçer, 61), Hemmill, Ford (Carvis, 46), Doyl.
   "Çelsi": Çex, Koul, Luis, Bosinqva, Terri, Romeu, Ramires, Lempard, Meyreleş, Torres, Mata (Makkixren, 84).
   
   "Kuins Park Reyncers" - "Norviç". 1:2
   Qollar: Barton, 11 - Pilkinqton, 42, Morison, 83.
   Qırmızı vərəqə: Barton, 36.
   "Kuins Park Reyncers": Kenni, Qebbidon, Ferdinand, Hill, Yanq, Forlin, Derri, Barton, Makki (Rayt Fillips, 46), Helquson (Makeda, 81), Taarabt (Kempbell, 85).
   "Norviç": Raddi, Martin, Druri (Foks, 66), Conson, Uitbred, Ayyala, Pilkinqton, Bennett, Lappin (Xulahan, 66), Holt (Morison, 66), Cekson.
   
   "Fulhem" - "Arsenal". 2:1
   Qollar: Sidvell, 86, Zamora, 90+2 - Koşelnı, 21.
   Qırmızı vərəqə: Curu, 78.
   "Fulhem": Stokdeyl, Kelli, Hanqelann, Senderos, Riise, Sidvell, Ruis, Merfi (Frey, 69), Dempsi, Zamora, Dembele.
   "Arsenal": Hensnı, Koşelnı, Mertezaker, Curu, Koklen, Arteta, Sonq, Jervinyo (Benayun, 74), Remzi (Skillaçi, 81), Uolkott (Rosiçki, 65), van Persi.
   
   "Blekbörn" - "Stok Siti". 1:2
   Qollar: Qudvilli, 70 - Krauç, 17, 45.
   "Blekbörn": Bann, Samba, Q.Henli, A.Henli (Jive, 71), Loui, Formika, N"Zonzi, Petroviç (Qudvilli, 59), Pedersen, Dann (Roçina, 73), Ayeqbeni.
   "Stok Siti": Sorensen, Vudgeyt, Şoukross, Hut, Şotton, Uilson, Uilan (Delap, 83), Uaythed (Diao, 87), Eterinqton (Cerom, 81), Uolters, Krauç.
   
   "Aston Villa" - "Suonsi". 0:2
   Qollar: Dayer, 4, Rutlec, 47.
   "Aston Villa": Quzan, Uornok, Dann, Kolinz, Klark (Bannan, 85), Kuelyar (Hatton, 55), Ayrlend (Olbrayton, 69), N"Zoqbiya, Petrov, Bent, Aqbonlahor.
   "Suonsi": Vorm, Uilyams, Teylor, Kolker, Ranjel, Britton, Orlandi (Allen, 58), Dayer (Sinkleyr, 78), Rutlec, Aqustyen, Qrehem.
   
   3 yanvar
   "Uiqan" - "Sanderlend". 1:4
   Qollar: Rodalleqa, 62 - Qardner, 45+3, Makklin, 55, Sessenyon, 73, Von, 80.
   "Uiqan": Əl-Həbsi, Qoxuri, Fiqueroa, Alkaras, Uotson (Diame, 87), Makkarti, Cons, Stam (Semmon, 58), Rodalleqa, Krusat (Mozes, 39), Qomes.
   "Sanderlend": Minyolet, Kilqallon, O"Şi, Kolbek, Qardner (Əl-Mühəmmədi, 83), Von, Kattermol, Riçardson (Meyler, 67), Makklin (Çji Don Von, 89), Bendtner, Sessenyon.
   
   "Tottenhem" - "Vest Bromviç". 1:0
   Qol: Defo, 63.
   "Tottenhem": Fridel, Kabul, Qallas (Bassonq, 67), Assu Ekotto, Uolker, Modriç, Sandro (Livermor, 30, Krançar, 77), Defo, Beyl, van der Vart, Adebayor.
   "Vest Bromviç": Foster, Douson, Makouli, Şori, Cons, Şarner, Torn (Çoyi, 79), Dorrans (Morrison, 66), Tomas (Xara, 27), Foks, Odemvinqi.
   
   "Mançester Siti" - "Liverpul". 3:0
   Qollar: Aquero, 10, Yaya Ture, 33, Milner, 75-pen.
   Qırmızı vərəqə: Barri, 73.
   "Mançester Siti": Hart, Kolo Ture, Kompani, Klişi, Riçards, Barri, Yaya Ture, Silva (Leskott, 76), Milner, Zeko, Aquero (A.Conson, 72).
   "Liverpul": Reyna, Agger, Şkrtel, Enrike, Q.Conson, Adam (Cerrard, 57), Henderson, Spirinq (Rodriges, 77), Dauninq, Keyt (Bellami, 57), Kerroll.
   
   4 yanvar
   "Nyukasl" - "Mançester Yunayted". 3:0
   Qollar: Ba, 33, Kabaye, 47, Cons, 90-öz qap.
   "Nyukasl": Krul, Simpson, Koloççini, Uilyamson, Santon, Teylor, Kabaye (Perç, 78), Tiote, Qutyerres, Ş.Ameobi (Best, 75), Ba (Obertan, 90).
   "Mançester Yunayted": Lindeqor, Cons, Ferdinand, Evra, Valensiya, Nani, Kerrik, Giqqz, Pak Çji Sun (Ernandes, 66), Runi (Anderson, 75), Berbatov (Uelbek, 57).
   
   "Everton" - "Bolton". 1:2
   Qollar: Hovard, 63 - Nqoq, 67, Q.Kehill, 78.
   "Everton": Hovard, Hibbert, Beyns, Heytinqa, Yaqelka (Roduell, 42; T.Kehill, 61), Disten, Nevill, Osman (Queye, 53), Saa, Donovan, Strakkualursi.
   "Bolton": Boqdan, Steynsson, Q.Kehill, Nayt, Rikketts, Muamba, İqls (Pretli, 81), Petrov, M.Devis, Reo Koker, Nqoq (K.Devis, 87).