
Zlatan İbrahimoviçin 2011-ci ilin ən yaxşı məşqçisi ilə bağlı seçimi geniş müzakirələrə səbəb olub. İsveç yığmasının kapitanının münasibətlərinin pis olduğu Qvardiolaya səs verməsi təəccüblə qarşılanıb. Buna səbəb hücumçunun tez-tez tənqid etdiyi, hətta ələ saldığı mütəxəssisi ən yaxşı göstərməsi olub. Onun bu addımı dünya futbol ictimaiyyətində təəccüblə qarşılanıb. İsveçli futbolçu ikinci yerdə "Real"ın baş məşqçisi Joze Mourinyonu, üçüncü sırada isə "Çelsi"yə başçılıq edən Andre Villaş Boaşı göstərib.