Bundesliqanın
bahalı transferləri
Bu günlərdə gənc almaniyalı Marko Roys klubunun adını dəyişmədən yüksək qiymətə transfer olunub. O, Mönxenqladbax "Borussiya"sından Dortmundun eyniadlı klubuna köç edib. Dortmundlular Roysa görə 17,1 milyon avro ödəyiblər. Klubun idman direktoru Mixael Sork bildirib ki, bu məbləğ "Borussiya"nın ehtiyat fondundan və Çempionlar Liqasında əldə etdiyi gəlirlərdən götürülüb.
İndiki ölçülərə görə, bu məbləğ elə də böyük görünməyə bilər. Ancaq bu, Almaniya Bundesliqasının tarixində dəyərinə görə 7-ci böyük transferdir. Bu sahədə liderliyi Mario Qomesin "Ştuttqart"dan "Bavariya"ya keçidi edir. Ümumiyyətlə, Bundesliqa tarixində 10 ən böyük transfer siyahısına yalnız iki klubun - "Bavariya"nın və Dortmund "Borussiya"sının bazarlıqları var. Həmin 10 böyük transfer isə aşağıdakılardır:
1.Mario Qomes "Ştuttqart" - "Bavariya" 30 mln avro
2.Frank Riberi "Marsel" - "Bavariya" 25 mln avro
3.Marsio Amoruzo "Parma" - "Borussiya" D. 25 mln avro
4.Aryen Robben "Real" - "Bavariya" 24 mln avro
5.Manuel Noyer "Şalke" - "Bavariya" 22 mln avro
6.Roy Makay "Deportivo" - "Bavariya" 19,75 mln avro
7.Marko Roys "Borussiya" M. - "Borussiya" D. 17,1 mln avro
8.Luis Qustavo "Hoffenhaym" - "Bavariya" 17 mln avro
9.Miroslav Kloze "Verder" - "Bavariya" 15 mln avro
10.Tomaş Rosiçki "Sparta" P. - "Borussiya" D. 14,5 mln avro