Kristian üçün
7 milyon avro
Braziliya mətbuatı maraqlı məlumat yayıb. Ölkə mətbuatının verdiyi məlumatda "Korintians"ın "Fənərbağça"nın braziliyalı ulduz futbolçusu Kristian Baroniyə olan iddiasından əl çəkmədiyini bildirib. Futbolçu ilə bir müddətdir maraqlanan "sambaçılar" hələ də ümidlərini itirməyiblər. Braziliyanın tanınmış "Globo" nəşrinin yaydığı məlumatda bu barədə xəbər verilib. Məlumata görə, bundan əvvəl də braziliya təmsilçisi "Fənərbağça" ilə təmasa keçsə də, qarşı tərəf futbolçu üçün tələb olunan məbləği həddən çox - 7 milyon avro demişdi. Lakin aradan vaxt keçməsinə baxmayaraq, futbolçunun qiyməti sabit qalıb, çıxışları kimi. Transferlərdə fəallıq edən "Korinyians"ın isə futbolçunun transferini reallaşdıracaq vəziyyətdə olmaması işin yubanmasına səbəb olub. Bundan başqa, "Korintians" rəsmiləri futbolçunun keçidi ilə bağlı məsələyə ciddi yanaşırlar, hətta onlar futbolçu dəyişikliyi+pul variantını da irəli sürəcəklərini gizlətməyiblər. Bunun üçün kluba maliyə dəstəyi verən bir sıra iş adamının da dövrəyə girə biləcəyi istisna edilmir.