Nəhənglər növbəti mərhələdə
"Marsel" ölkə kubokunun yarımfinalına "Kan"ı səfərdə inamla üstələyərək çox asan çıxdı. İnamlı qələbədə də matçda dubla imza atan Matye Valbuenanın böyük payı oldu. "Marsel" elə erkən qolla oyunun ipini əlinə aldı. Doğrudur, lap debütdə "Kan"ın forvardı Livio Nabab bir qədər dəqiq olsaydı, kim bilir oyun necə davam edəcəkdi? Ancaq 7-ci dəqiqədə cərimə zərbəsində məhz marsellilər dəqiq olaraq hesabı açdılar. 19 metrdən Valbuen topu qapının uzaq küncünə göndərdi. Özünü oyuna hakim sayan qonaqlar rəqibin həmlələrinə də əhəmiyyət vermirdilər. Ancaq kanlıların hücumları getdikcə təhlükəli olmağa başlayırdılar. Ancaq Sorbon qapını dəqiq nişan ala bilmədi, Nabab topu düz qapıçının üstünə tuşladı, Romen Amuma isə iki dəfə topu hədəfdən necə yayındırdığını heç özü də anlamadı. 20-ci dəqiqədə Morqan Amalfitanodan ötürmə alan Loik Remi soyuqqanlıqla qapı küncünü dəqiq nişan alıb hesabı artırdı. Hissənin sonunda Valbuenanın zərbəsində top "doqquzluq"dan azca yayındı. İkinci yarının əvvəlində isə Remi topu dirəyə tuşladı. Reminin dublu alınmasa da, Valbuena bunu edə bildi. Luço Qonsales topu buraxarkən Valbuena 12 metrdən topu qapıya göndərərək matçda son nöqtəni qoydu.
Fransa. Liqa Kuboku. 1/4 final
"Kan" - "Marsel" 0:3
Qollar: Valbuena, 7, 52, Remi, 20.
"Kan": Bosmel, Seube, M"Bone, Vaqye, Sorbon, Proman (Nive, 46), Reno, Amuma, Leka (Nanqis, 55), Fayr, Nabab (K.Traore, 68).
"Marsel": Brasilyano, Aspilikueta, N"Kulu, D.Traore, Morel (Sabo, 60), Şeyru, Qonsales, Mbia, Amalfitano, Valbuena (N"Kiasala, 65), Remi (Omrani, 81).
"Nitsa" - "Dijon" 8:6 (3:3, pen-5:3)
(Munye, 35, Çivelli, 78, Monzon, 119 - Querbert, 19, Jovial, 62, Bauteak, 117)
"Le Mann" - "Loryan" 0:1
(Sunu, 71)
"Lion" - "Lill" 2:1
(Kallström, 41, Lopes, 65 - Koul, 28)
İspaniya Kuboku. 1/8 final. Təkrar oyunlar
"Malaqa" - "Real" 0:1 - ilk oyun: 2:3
Qol: Benzema, 72.
Qırmızı vərəqə: Arbeloa, 89.
"Malaqa": Kabalyero, Sançes, Demikelis, Mateysen, Monreal, Tulalan, Kasorla, Elizeu (Mareska, 75), İsko (Buonanotte, 75), Fernandes (Rondon, 67), van Nistelrooy.
"Real": Kasilyas, Arbeloa, Pepe, Ramos, Koentrau, Xedira (Özil, 44), Xabi Alonso, Diarra, Kaka (Marselo, 46), Kriştiano Ronaldo, İquain (Benzema, 69).
Malyorka - Real Sosyedad. 6:1 - ilk oyun: 0:2
(Kastro, 34, 40, Hemad, 35, 59, Nunyes, 37, Alfaro, 53 - İfran, 16)
Rasinq - Mirandes 1:1 - ilk oyun: 0:2
(Munitis, 35 - İnfante, 72-pen.)
Levante - Alkorkon 4:0 - ilk oyun: 1:2
(Barkero, 23, Salvador, 45, La Fuerte, 53, Suares,66)
Espanyol - Kordoba 4:2 - ilk oyun: 1:2
(Vaskes, 9, 20, 88, Vila, 35 - Aquilar, 40, Dias, 49)
Sevilya - Valensiya 2:1 - ilk oyun: 0:1
(Rakitiç, 70, Ruis, 90-öz qap. - Soldado, 66)
"Atletik" - "Albasete". 4:0 - İlk oyun: 0:0
Qol: Susaeta, 25, Errera, 65, Tokero, 78, San Xose, 86.
"Osasuna" - "Barselona". 1:2 - ilk oyun: 0:4
Qol: Lekiç, 41 - Sançes, 49, Roberto, 72.