
İngiltərə Premyer Liqasının hesabat turu Mançester-London derbisi kimi yadda qalan oldu. Qızıl medallar uğrunda mübarizə aparan dörd kollektivdən ikisi Mançesteri təmsil edirdisə, ikisi də paytaxta məxsusdu. O da maraqlıdı ki, tur mümumilikdə mançesterlilərin qələbəsilə yekunlaşdı. Aleks Fergüsonlu son çempion "Mançester Yunayted"Premyer Liqanın imkanlı və iddialı səfərdə əbədi və əzəli rəqib "Arsenal"a qalib gəldisə, Roberto Mançinili hazırkı lider "Mançester Siti" bunu doğma meydanda "Tottenhem"lə görüşdə etdi. İngiltərənin digər iiddialı klublarından sayılan "Çelsi" isə aşağı səviyyədə keçirdiyi bu mövsümdə növbəti məyusluğa uğradı. Komanda "Norviç"in qonaqlığında məğlub olmasa da, rəqibin müqavimətini qıra bilməyərək iki xal itkisi ilə yüksək yerlər iddiasından bir qədər aralı düşdü.
Ancaq "Çelsi"nin kadr problemlərini də nəzərə almaq lazımdı. Didye Droqba ilə Salomon Kalunu Afrika millətlər kubokuna göndərən londonlular "Liverpul"dan alınaraq paytaxtda özünü göstərə bilməyən Fernando Torresə şans verdilər. Oyun Norfolk qraflığını təmsil edən meydan sahiblərinin hücumları ilə başladı. Petr Çexin qapısı ağzında ilk təhlükə artıq 7-ci dəqiqədə yarandı. Lakin Stiv Morrisonun yekun zərbəsi alınmadı. 4 dəqiqə sonra "Norviç"in forvardı Qrant Holta gözəl ötürmə ilə bəraət aldı. Lakin ikincinin zərbəsində top dirəyin lap yanından ötdü. Raddinin qapısına ilk təhlükə Torresdən gəldi. İspaniyalı cərimə meydançası xəttindən topu qapının uzaq küncünə yönəltdi. "Norviç"in qolkiperi topu dəf edə bildi.
Statistikaya görə "Norviç" bu mövsümdə hər 4 qoldan 1-ni başla vurur və Vİllaş Boaş öz təlimatları ilə futbolçularını rəqibin bu cür təhlükələrinin qarşısını almağa hazırlamışdı. 37-ci dəqiqədə Villaş Boaşın heç cür satmaq istəmədiyi Frenk Lempard düz yerdə zədə aldı. Məcburi dəyişiklikdə meydana Floran Maluda çıxdı. Qalan vaxtda "Çelsi" Lempardın yoxluğunu hiss etdi. Bununla belə, ikinci hissə qonaqların diktəsi altında keçdi. 2 dəqiqə ərzində "Çelsi" fərqlənməyə iki gözəl şans əldə etmişdi. Əvvəlcə əlverişli mövqedə Torres topu qapıya tuş gətirə bilmədi. Sonra Daniel Starricdən gözəl ötürmə alan Xuan Matanın da yaxşı şansı oldu. Braziliyalının zərbəsi də əla alındı. Lakin meydan sahiblərini Radi qoldan xilas etdi. Torresdən gözlədiyi qolu görməyən Villaş Boaş 77-ci dəqiqədə onu Lukaku ilə dəyişdi. Gənc belçikalı ulduzun arxasınca bütün futbol Avropası düşsə də, o, ön xəttində güclü rəqabət olan "Çelsi"ni seçdi. Hətta Droqba və Kalunun olmadığı bir vaxtda qolçu futbolçu cəmi 13 dəqiqəlik oyun izni ala bildi. Və belə qısa müddətə də özünü göstərə bilmədi. Son dəqiqələrdə Matanın şansı oldu. Lakin o da topu dirəyə tuş gətirdi. Tura iki Mançester - London qarşıdurması yekun vururdu. Bunlardan birincisində "Siti" "Tottenhem"i 3:2 hesabı ilə məğlub edərək, son 20 ildə ilk dəfə bu rəqibdən çempionatın iki oyunu cəmində maksimum xal qopardı. Görüşün məhsuldar bölümü ikinci hissənin birinci yarısında 4 qol vurulan 9 dəqiqəsi oldu. İlk yarının qolsuzluğu ardından hesabı 56-cı dəqiqədə David Silvanın ötürməsi ilə qapıya yönəlib Frideli də keçən Samir Nasri açdı. 3 dəqiqə sonra Coleon Leskott künc zərbəsindən sonra topla qarışıq qapıya daxil oldu. 1 dəqiqə sonra fərq minimuma endi. Defo Saviçin səhvindən yararlanıb Hartı təkbətəkdən üstələdi. 65-ci dəqiqədə Beyl cərimə meyjançası xətti üzərindən qüvvətli zərbə ilə bərabərlik yaratdı. Artırılmış 4-cü dəqiqədə isə Balotelli özünün qazandığı penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırdı. İki şəhərin digər qarşıdurması da Mançesterin qələbəsi ilə bitdi. "Yunayted" Valensiyanın ilk hissənin sonunda vurduğu qolla hesabda irəli çıxdı. "Arsenal"a ev məğlubiyyət bəxş etdi. Valensiya Giqqzin asmasını başla dəqiq qapadı. 71-ci dəqiqədə vann Persi Oksleyd Çemberlenin ötürməsindən sonra topu qapıçının ayaqları arasından tora göndərərək bərabərlik yaratdı. Son nöqtəni isə 81-ci dəqiqədə Valensiyanın köməkliyi ilə Uelbek qoydu.
İngiltərə Premyer Liqası. Tur 22
"Vulverhempton" - "Aston Villa" 2:3
Qollar: Kaytli, 21, Edvards, 31 - Bent, 11-pen., Kin, 51, 85.
Qırmızı vərəqə: Henri, 74.
"Vulverhempton": Hennessi, Berra, Conson, Foli (Ebanks Bleyk, 90), Uord, Frimponq (Milyaş, 59), Henri, Edvards (Stirmen, 82), Cervis, Kaytli, Fletçer.
"Aston Villa": Given, Dann, Kollinz, Klark, Hatton, Qardner (Bannan, 87), Petrov, Olbrayton, Aqbonlahor (Uornok, 46), Kin (Vayman, 90), Bent.
"Stok Siti" - "Vest Bromviç" 1:2
Qollar: Cerom, 86 - Morrison, 35, Dorrans, 90+1.
İstifadə edilməyən penalti: Uolters, 72.
"Stok Siti": Sorensen, Hut, Şoukross, Vudgeyt (Pennant, 52), Şotton (Cerom, 78), Uilson, Uilan, Delap (Uilkinson, 88), Eterinqton, Krauç, Uolters.
"Vest Bromviç": Foster, Olsson, Makauli, Şori, Tamaş, Dorrans, Mulumbu, Tomas (Douson, 90), Morrison, Fortyun (Lonq, 83), Koks (Çoyi, 87).
"Sanderlend" - "Suonsi" 2:0
Qollar: Sessenyon, 14, Qardner, 85.
"Sanderlend": Minyole, O"Şi, Braun, Bardsli, Riçardson, Von (Qardner, 78), Kattermol, Makklin, Larsson (Əl-Mühəmmədi, 89), Sessenyon, Bendtner (Uikhem, 12).
"Suonsi": Vorm, Uilyams, Kolker, Teylor, Ranhel, Allen, Britton (Rutlec, 78), Sinkleyr, Dayer, Siqurdsson (Makkihren, 66), Qreem.
"Norviç" - "Çelsi" 0:0
"Norviç": Raddi, Martin, Uaytbred, Noyton, Ayyala, Conson, Surman (Bennett, 90), Pilkinqton, Foks (Krofts, 79), Morison (Cekson, 79), Holt.
"Çelsi": Çex, Koul, Luis, Bosinqva, Terri, Ramires, Lempard (Maluda, 37), Meyreleş (Essyen, 79), Torres (Lukaku, 77), Mata, Starric.
"Kuins Park Reyncers" - "Uiqan" 3:1
Qollar: Helguson, 33-pen., Bujaki, 45, Smit, 81 - Rodalleqa, 66.
İstifadə edilməyən penalti: Helquson, 73.
"Kuins Park Reyncers": Kenni, Yanq, Holl, Ferdinand, Hill, Bujaki (Derri, 83), Barton, Rayt Fillips, Makki, Helquson, Kempbell (Smit, 46).
"Uiqan": Əl-Həbsi, Qoxuri, Kolduell, Boys (Stam, 69), Fiqeroa, Qomes (Krusat, 61), Makkarti, Uotson, Makartur (Semmon, 46), Mozes, Rodalleqa.
"Fulhem" - "Nyukasl" 5:2
Qollar: Merfi, 52-pen., Dempsi, 59, 65, 89, Zamora, 68-pen. - Qatri, 43, Ben Arfa, 85.
"Fulhem": Stokdeyl, Hangelann, Senderos, Riise, Kelli, Sidvell (Conson, 37), Merfi, Dempsi (Frey, 90), Daff, Ruis (Beyrd, 46), Zamora.
"Nyukasl": Krul, Koloççini, Uilyamson, Santon, Simpson, Qatri (Perç, 76), Kabaye (Qoslinq, 83), Qutyerres, Ben Arfa, Ş.Ameobi, Best (Teylor, 85).
"Everton" - "Blekbörn" 1:1
Qollar: Kehill, 24 - Qudvilli, 72.
"Everton": Hovard, Beyns, Heytinqa, Daffi, Nevill, Fellaini, Gibson (Strakkualursi, 77), Kehill, Aniçebe (Vellios, 80), Donovan, Saa (Drente, 55).
"Blekbörn": Robinson, Olsson, S.Dann, Jive, Loui, Pedersen, Petroviç, N"Zonzi, D.Dann (Formika, 60), Hoylett, Qudvilli (Modest, 76).
"Bolton" - "Liverpul" 3:1
Qollar: M.Devis, 3, Reo Koker, 29, Steynsson, 50 - Bellami, 37.
"Bolton": Boqdan, Steynsson, Nayt, Uiter, Riketts, İqlz (Şanlı, 90), Reo Koker, Muuamba, M.Devis, Petrov, N"Qoq (K.Devis, 88).
"Liverpul": Reyna, Conson, Agger, Şkrtel, Enrike, Cerrard, Henderson, Adam (Dauninq, 64), Rodriges (Keyt, 64), Kerroll, Bellami.
"Mançester Siti" - "Tottenhem" 3:2
Qollar: Nasri, 56, Leskott, 59. Balotelli, 90+4-pen - Defo, 60, Beyl, 65.
"Mançester Siti": Hart, Leskott, Saviç, Klişi, Riçards, Barri, Milner, Silva, Nasri, Ceko (Balotelli, 66), Aquero.
"Tottenhem": Fridel, Kabul, Kinq, Assu Ekotto, Uolker, Parker, Modriç, Beyl, Lennon (Pinar, 88), Defo, van der Vart (Livermor, 68).
"Arsenal" - "Mançester Yunayted" 1:2
Qollar: Van Versi, 71 - Valensiya, 45, Uelbek, 81.
"Arsenal": Hensnı, Curu (Yennaris, 46), Mertezaker, Koşelnı, Vermalen, Remzi (Pak Çu Yun, 81), Sonq, Rosiçki, Uolkott, van Persi, Oksleyd Çemberlen (Arşavin, 72).
"Mançester Yunayted": Lindeqor, Smollinq, Cons (Da Silva, 17; Pak Çji Sun, 75), Evans, Evra, Valensiya, Kerrik, Giqqz, Nani (Soulz, 73), Runi, Uelbek.