26/01/2012 N 07(1183)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Seçim
Rəy
Qalmaqal
Müsabiqə
Müsabiqə
Fikir
VİP
Tur
Tur
Tur
Top
Kubok
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Afrikanın DÇ-si başladı
Bəli, düz eşitdiz. "Qara qitə"də Afrika Millətlər Kubokunu Afrikanın dünya çempionatı adlandırırlar. Ənənəvi yarışın açılışı meydan sahibi Ekvatorial Qvineyanın Liviya üzərində qələbəsi ilə əlamətdar oldu. Son zamanlar ağır siyasi dövrünü yaşayan, Qəddafi rejimini devirən Liviyanın futbolçuları qitə yarışında ev sahibliyi səbəbindən debüt edən komandanın qarşısında aciz qaldılar. İlk qələbə meydan sahibləri üçün böyük əhəmiyyətə malik idi. İş o yerə çatdı ki, ölkənin kənd təsərrüfatı naziri Teodoro Nquema millinin futbolçularına ilk oyunda qələbəyə görə 1 milyon dollar təklif etdi. Bundan əlavə, bu matçda hər vurulan qolun dəyəri də 20 milyon idi. Matçın bitməsinə 3 dəqiqə qalmış Balboanın vurduğu qol Nquemanı 1milyon 20 min dollar ziyana saldı. Turnir iştirakçıları arasında ən aşağı reytinqə malik meydan sahibləri liviyalılara qarşı oyunun böyük hissəsini müdafiədə keçirdilər. Əks-hücumlarda bəxtlərini axtaran ekvatorlular sönük heç-heçədən yalnız son anda qurtula bildilər. Xavyer Anhel Balboanın qüvvətli zərbəsi rəqib qapısının yuxarı küncünə tuş gəldi. Bu qol tribunaları da, futbolçular olan yaşıl meydanı da rəqslərə qərq etdi. Maraqlı bir faktı da qeyd edək ki, ekvatorial qvineyalıların start heyətində meydana İspaniyada doğulmuş 5 futbolçu çıxdı. Daha ikisi Kotdivuardan idi. Bundan əlavə Kamerun, Braziliya, Kabo Verde, hətta Liviya doğumlu futbolçular da var idi. Startın daha bir sensasiyası nəinki qrupun, ümumiyyətlə turnirin favoritlərindən olan Seneqalın Zambiyaya yenilməsi oldu. Artıq 20-ci dəqiqədə 2 top üstünlük qazanan zambiyalılar, rəqibə qalan vaxtda yalnız bir topun əvəzini çıxmağa imkan verdilər. Yarışa iddialı başlayan və əsas favoritlərdən sayılan Didye Droqbalı Kot d"İvuar millisi ilk turu qələbə ilə başa vuraraq iddiasını ortaya atdı.
   
   Afrika Millətlər Kuboku-2012
   1-ci tur
   "A" qrupu
   Ekvatorial Qvineya - Liviya 1:0
   Qol: Balboa, 87.
   Seneqal - Zambiya 1:2
   Qol: N"Doye, 74 - Mayuka, 12, Kalaba, 20.
   
   "B" qrupu
   Kot d"İvuar - Sudan. 1:0
   Qol: Droqba, 39.
   Burkina Faso - Anqola 1:2
   Qol: Traore, 57 - Mateus, 48, Manuço, 68.
   
   Shekil - 2012_Africa_Cup_of_Nations_logo~1.jpg
   
   Fransa Kuboku. 1/16 final
   22 yanvar
   "Ayaçço" - "Trua". 1:0
   Qol: Kolloredo, 60.
   "Lükon" - "Lion" 0:2
   Qol: Qomis, 75, Lopes, 90.
   "Valensyenn" - "Bastia" 3:1
   Qol: Kadir, 29, 61, Daniç, 59 - Roten, 26-pen.
   "Marsel" - "Havr" 1:1 (ə.vaxt)
   Qol: Brandao, 64, Amalfitano, 104, Remi, 120 - Mendeş, 5.
   
   Belçika Yupiler Liqası. Tur 21
   Genk - Sent Truyden. 2:1
   (Barda, 54-pen., Benteke, 56 - Nqava, 30) Kortreyk - Anderlext. 0:1
   (Cillet, 45-pen.)
   Jerminal - Serkl Brügge. 4:0
   (Makdonald, 8, Nyoni, 40, Losada, 63, 81)
   Gent - Zulte Varegem. 0:0
   Lokeren - Lyers. 2:0
   (De Keulaer, 52, 73)
   Bügge - Mexelen. 0:1
   (Kordaro, 8)
   Mons - Oud Heverli. 2:2
   (İbou, 37, Perbet, 42 - Remakl, 58, 86-pen.)
   Vesterlo - Standard. 0:0
   
   1. Anderlext 21 14 4 3 46
   2. Gent 21 12 4 5 40
   3. Brügge 21 11 4 6 37
   4. Standard 21 9 8 4 35
   5. Kortriyk 21 10 4 7 34
   6. Genk 21 9 7 5 34
   7. Brügge S. 21 9 6 6 33
   8. Byerşot 21 7 7 7 28
   9. Mons 21 7 7 7 28
   10. Mexelen 21 7 6 8 27
   11. Lokeren 21 5 9 7 24
   12. Oud-Heverli 21 5 7 9 22
   13. Lyers 21 4 8 9 20
   14. Zulte-Varegem 21 2 11 8 17
   15. Vesterlo 21 3 5 13 14
   16. Sent-Truyden 21 2 7 12 13
   
   Portuqaliya Superliqası. Tur 16
   Akademika - Leyriya. 0:0
   Beyra Mar - Maritimu. 1:2
   (Janq, 79 - Sami, 19, Dias, 67)
   Nasyonal - Feyrense. 2:0
   (Skolnik, 42, Moreno, 53)
   Pasuş - Vitoria S. 2:1
   (Joze, 84, 90 - Lopes, 85)
   Braqa - Rio Ave. 2:1
   (Duqlao, 40, Barbosa, 43 - Bra, 90-pen.)
   Portu - Vitoria G. 3:1
   (Rolando, 19, Moutinyo, 46, Rodriges, 77-pen., - Fauzi, 59)
   Benfika - Jil Visente. 3:1
   (Kardoso, 27, Rodriqo, 73, Aymar, 74 - Qalo, 40)
   
   1 Benfika 16 13 3 0 41-13 42
   2 Portu 16 12 4 0 37-9 40
   3 Braqa 16 10 4 2 30-15 34
   4 Maritimu 16 8 5 3 23-19 29
   5 Sportinq 15 8 4 3 27-14 28
   6 Vitoriya G. 16 6 2 8 22-19 20
   7 Akademika 16 5 4 7 18-20 19
   8 Nasyonal 16 5 4 7 16-26 19
   9 Olhanense 15 4 5 6 17-20 17
   10 Beyra-Mar 16 4 4 8 14-14 16
   11 Jil-Visente 16 3 7 6 14-26 16
   12 Feyrense 16 3 6 7 11-22 15
   13 Riu-Avi 16 4 2 10 14-23 14
   14 Leyriya 16 4 2 10 16-29 14
   15 Vitoriya S. 16 3 5 8 12-26 14
   16 Pasuş 16 3 3 10 16-33 12
   
   Niderland Eredivizisi. Tur 18
   Den Haaq - Roda. 3:3
   (Verhoek, 3, Visento, 24, 58 - Yanker, 14, Malki, 48, 82)
   De Qraafşap - Heerenven. 0:2
   (Dost, 12-pen., 78)
   Ekselsior - NAK. 3:0
   (Yanqa, 36, Alberq, 63, Maatsen, 89)
   Tvente - Vaalveyk
   Vitess - NEK. 0:1
   (George, 75)
   Qroningen - Herakles. 2:1
   (Texeyra, 48, Van Diyk, 61 - Plet, 16)
   Venlo - Feyenoord. 2:1
   (Linssen, 40, Vostermans, 45 - İndi, 12)
   AZ - Ayaks. 1:1
   (Elm, 37 - Poulsen, 75-öz qap.)
   Utrext - PSV. 1:1
   (Lilipali, 67 - Toyvonen, 71)
   
   1. AZ 18 12 3 3 37-16 39
   2. PSV 18 11 5 2 49-20 38
   3. Tvente 18 10 6 2 48-18 36
   4. Ayaks 18 9 7 2 47-24 34
   5. Heerenven 18 8 7 3 41-28 31
   6. Feyenoord 18 9 4 5 35-24 31
   7. Vitess 18 8 5 5 23-17 29
   8. Qroningen 18 8 5 5 31-29 29
   9. Roda 18 8 1 9 32-41 25
   10. Den Haaq 18 6 4 8 25-34 22
   11. NAK 18 6 3 9 24-31 21
   12. Herakleso 18 5 5 8 28-27 20
   13. NEK 18 6 2 10 18-27 20
   14. Utrext 18 4 6 8 29-36 18
   15. Vaalveyk 18 5 3 10 17-33 18
   16. Venlo 18 3 4 11 18-43 13
   17. De Qraafşap 18 3 3 12 16-41 12
   18. Ekselsior 18 2 5 11 12-41 11
   
   Şotlandiya Premyer Liqası. Tur 24
   Sent Mirren - Seltik. 0:2
   (Forrest, 71, Braun, 88)
   Hibernian - Sent Conston. 2:3
   (Qriffits, 70-pen., Buut, 84 - Kroft, 30, Kreyq, 71, 87)
   İnverness - Harts. 1:0
   (Saterland, 49)
   Dandi - Mazervell. 1:1
   (Krayqan, 28-öz qap. - Haydon, 85)
   Kilmarnok - Danfermlayn. 0:3
   (Barroman, 42, Kardl, 60, Buçanan, 87)
   Reyncers - Aberdin. 1:1
   (Edu, 67 - Arnason, 63)
   
   1. Seltik 24 19 2 3 48-16 59
   2. Reyncers 24 17 4 3 43-14 55
   3. Harts 24 10 5 9 30-18 35
   4. Sent Conston 23 10 5 8 30-24 35
   5. Mazervell 22 10 5 7 25-26 35
   6. Dandi 24 6 9 9 33-38 27
   7. Kilmarnok 23 6 9 8 27-34 27
   8. Aberdin 24 6 8 10 26-30 26
   9. Sent Mirren 24 6 8 10 25-36 26
   10. İnverness 23 7 4 12 30-40 25
   11. Hibernian 23 4 6 13 24-41 18
   12. Danfermlayn 22 4 5 13 25-49 17
 
Balotelli universitetdə
"Mançester Siti"nin yaramaz uşağı Balotelli yenə gündəmdədi. 21 yaşlı ulduz Mançesterdəki "Con Rilands" Universitetinə gedib, şagirdlərin məktəb kitabxanasına olan borcunu ödəməyə cəhd etdi. Ancaq kitabxana səlahiyyətliləri borcların şagirdlər tərəfindən bağlanılmasının lazım olduğunu deyərək, Balotellinin təklifini geri çeviriblər. Şagirdlər məktəbin bağçasında tutduqları Balotellidən xərclərini ödəmək üçün kömək istəmişdilər. Keçən ay santa klaus paltarları geyərək, Mançester küçələrində pul paylayan, yeni il axşamı Mançesterdəki bir oteldə 24 evsizə otaq açdıran italyan futbolçunun yardımsevərliyi təqdirəlayiq olsa da, evinin hamında hava fişəngi odlamağa çalışarkən yanğın törətməsi, klubun yeniyetmə oyunçularına balkondan dart oxu atması kimi hadisələri də yaddaşlardan silinmir.
 
Arşavin "Latsio"da
İtaliya Latsio"su "Arsenal"dan ayrılması gözlənilən rus ulduz Andrey Arşavini öz transfer istəkləri siyahısına saldı. Rusiya millisinin oyunçusu son zamanlar "Arsenal"da meydanda bir o qədər görünmür. 30 yaşlı yarımmüdafiəçi bu səbəbdən son bir ildi formadan düşdüyünü etiraf edərək, Avro-2012-də ölkəsini ən yaxşı şəkildə təmsil edəcəyini söyləmişdi. Arsen Venger rus oyunçunu 6 milyon funt sterlinq qarşılığında Londondan göndərə biləcəyini açıqlamışdı. "Arsenal" üçün iki variant var. Birincisi oyunçunun 2013-cü ildə bitən müqaviləsini yeniləmək, ikincisi isə oyunçudan qazanc əldə edə bilmə yolu bağlanmadan transferini reallaşdırmaq. İngilis mətbuatında Arşavini köhnə klubu "Zenit" və mövsüm əvvəli onu gündəminə götürmüş "Qalatasaray"ın da izlədiyi xatırlanır.
   
 
PSJ İnzagini də alır
PSJ-nin baş məşqçisi Karlo Ançelotti Kaka və Pato dəftərini qətiliklə bağladıqlarını açıqladı. Ancaq o bu futbolçularla mövsüm sonunda yenidən görüşə biləcəklərini gizlətmədi. İtalyan məşqçi 38 yaşına çatan köhnə oyunçusu Filippo İnzagi ilə maraqlandıqlarını da söylədi. Ağır bir zədə keçirməsinə baxmayaraq, İnzaginin təcrübəsinin onlara çox faydalı ola biləcəyini düşünən Ançelotti, özünün köhnə komandası "Çelsi"yə Didye Droqbanı tezliklə satmağı məsləhət gördü. Droqbanın Fernando Torresin parlamasını maneə törətdiyini təsdiqləyən Ançelotti "Bu, Droqbanın günahı deyil. O da İnzagi kimi son dərəcə rəqabətçi bir oyunçudu. "Çelsi" Torresdən daha çox faydalanmaq istəyirsə, Droqbanı satmalıdı" - dedi.
   
 
Bekhem qaldı
Fransa PSJ-sinin bir müddət transfer gündəmində olan ingilis futbolçu Devid Bekhem komandası "Los Anceles Qalaksi" ilə müqaviləsini uzatdı. 2007-ci ildən bəri ABŞ-da forma geyinən Bekhemin dekabrın 31-də başa çatan müqaviləsinin 2 il uzadıldığı bildirilir. PSJ ayın əvvəlində təklif apardığı Bekhemin ailə səbəblərliə Fransada oynamaq istəmədiyini açıqlamışdı.
Şahin