
"Real"-"Atletik" (4:1) matçından sonra Joze Mourinyo "Atletik"lə mühüm qarşılaşmada öz komandasının oyunundan və nəticədən razılığını bildirmiş, eyni zamanda matçın hansısa məqamında "Santyaqo Bernabeu"nun tribunalarından yüksələn fit səslərinə öz mövqeyini açıqlamışdır. Qonaqların çalışdırıcısı Marsel Byelsa, öz növbəsində, oyunun nəticəsini qanunauyğunluq kimi vurğulamışdır, çünki onun fikrincə, buna səbəb De Markosun meydandan kənarlaşdırılması olmuşdur.
Joze Mourinyo: "Burada ən çox tanınmışları fitə basıblar, nə üçün məni də fitləməsinlər?"
"Təhlükəli heç nə baş verməyib. Mənim üçün fit problem deyil. Mənimlə bu cür hadisə nə "Portu"da, nə "Çelsi"də, nə də "İnter"də baş verib, amma həmişə birinci dəfə olur. Çətindirmi? Buna baxmayaraq, biz oynadıq və qalib gəldik".
"Burada Zidanı, Ronadonu və "Qızıl butsı"nın sahibi Kriştianonu filəyiblər. Nə üçün məni də fitləməsinlər? Zidan, Ronaldo və Kriştiano buna öz qolları ilə cavab veriblər. Mən isə öz işimlə cavab verməyə çalışıram".
"Çelsi"də bu fitləri qəbul etmək çətin olardı, lakin burada - ən böyüklərin fitə basıldığı yerdə mən kiməm ki, nəsə deyim?"
"Mən "Madrid"li olaraq doğulmuşam. Mən klubda işləyən peşəkaram. Klubun nümayəndələri məni dəvət ediblər və onlar da- rəhbərlik- azarkeşlərin maraqlarının rəsmi nümayəndələridir. Onlarla mənim fenomenal münasibətim vardır və heç bir problem yoxdur".
"İlk dəfə "Madrid"də mən beş xal üstünlüklə liderlik edirəm. Biz Çempionlar Liqasının səkkizdə bir finalına çıxmışıq və əgər hətta "Kral Kuboku"ndan çıxsaq belə, "Alkorkon"a yox, "Barsa"ya uduzuruq. İndi çətin vaxtlar bizdə yox, Oskar Ribodadır (mətbuat xidmətinin bu günlərdə atasını itirmiş rəhbəri)".
"Mən özümün oyunçularla söhbətimi müzakirə etmirəm. Matçdan qabaq mən mətbuatın toplantıya qatılmasını qadağan edirəm".
"Mən məşqçiyəm və öz planlarımı izah etməyə-xüsusilə də mətbuata -borclu deyiləm. Bu, mənim qərarımdır. Mən artıq demişəm, məğlubiyyətin bir, qələbənin isə çox atası vardır. Bu gün bu cür atalar çoxdur".
"Mən skameykanı bütün oyun boyu tərk etmədim, ona görə də komanda əla oynadı. Qələbələr mənim üçün yox, başqaları üçündür. Komanda uduzmağa başlayan vaxt mən həmişə mətbuat konfranslarında görünəcəyəm".
"Birinci hissədə əla oynayan rəqibin fəaliyyəti səbəbindən müdafiəmizdə problemlər var idi. Loryente və De Markos bizə çoxlu problemlər yaradırdılar. Amma biz topla əla oynayırdıq. Bütün matç ərzində məndə belə bir təəssürat var idi ki, biz qalib gələcəyik".
Marselo Byelsa: "Matçın nəticəsi ədalətlidir"
"Santyaqo Bernabeu"dan qələbə aparmaq üçün komandanızda nə çatışmırdı?
Hər dəfə məsafənin son metrlərində bizdə soyuqqanlılıq çatışmırdı. Biz qol vurmağın öhdəsindən yaxşı gələ bilmədik.
La Liqanın liderinə qarşı oyunda sizin daha çox nə xo.unuza gəldi?
Nəticə ədalətlidir. Matçdan mən razı qala bilmərəm, çünki biz uduzduq, özü də üç top fərqi ilə. De Markosun oyundan kənarlaşdırılmasına qədər biz hələ bərabər səviyyədə oynaya bilirdik. Lakin azlıqda qaldıqdan sonra biz çətinlik hiss etməyə və az hücum etməyə başladıq. Bu qırmızı vərəqəyə qədər biz hücum edirdik və kifayət qədər balanslı müdafiə olunurduq. Sonra hər şey dəyişdi və daha çətin oldu.
Nə üçün son üç görüşdə üç qol vuran Loryenteni əvəz etmək qərarına gəldiniz?
Mən hesabında az oyun vaxtı olan daha təzə hücumçunu (Qaisk Tokero) buraxmaq istəyirdim. Qərara gəldim ki, onun meydana çıxması daha aqressiv və daha kəskin oynamağa kömək edər.