Afrika Millətlər Kubokunun favoritləri
Bildiyiniz kimi, yanvarın 21-də "qara qitə"də Afrika Millətlər Kuboku start götürdü. Afrika üçün müdhiş bir qürur mənbəyi olan turnirin Avropa futbolu üçün də fərqli olduğunu xatırlatmaqda fayda var. Klubları üçün əhəmiyyətli olan Avropadakı Afrika mənşəli futbolçuların mövsümün qızğın vaxtında ölkələri üçün mübarizə etməyə isti qitənin yolunu tutmaları baş məşqçilərin işini çətinləşdirsə də, bu turnir xüsusilə futbolçular üçün özlərini sübut etmə meydanı olacaq. Qabon və Ekvatoral Qvineyada təşkil olunan 2012-ci ilki AMK-da da bəzi komandalar turnirə favorit qismində qatılıb. Heyətlərində çıxış edən oyunçuların məşhurluğu belə düşünməyə əsas verir, təbii ki. Həmin yığmaları nəzərdən keçirəu.
Kot-D"İvuar
Didye Droqba "Çelsi" - Yaşı: 33, Mövqeyi: hücumçu.
Adı Afrika futbolu və "Çelsi"nin rəmzinə çevrilən Droqba ölkəsinin bu turnirdəki ən böyük ümidi olaraq. Kot-D"İvuar futbolunun yetişdirdiyi ən böyük ad olan və dəfələrlə Afrikanın ən yaxşı futbolçusu seçilən kapitan Droqba, karyerasının son dönəmində qara qitənin kubokunu başı üzərinə qaldırmağ arzusundadı.
Yaya Ture (Mançester Siti) - Yaşı: 28, Mövqeyi: yarımmüdafiəçi.
"Barselona" və ardından "Mançester Sitidə"ki çıxışıyla dünyanın aparıcı ön liberoları arasına girən Yaya Ture texnikası və fiziki hazırlığı ilə seçilir. Ölkəsinə Afrika Kubokunu hədiyyə etmək istəyən oyunçunun ən böyük xüsusiyyəti müdafiə və hücum xətti arasındakı əlaqəni uğurla qura bilməsidi.
Jervinyo ("Arsenal") - Yaşı: 24, Mövqeyi: hücumçu.
Sürətli və texniki cinah oyunçularına sahib Kot-D"İvuarın ən böyük ümidlərindən biri Jervinyo ötən yaz "Arsenal"a transfer olaraq Avropa futbolunda daha çox göz önünə keçdi. Dəyərli asistentliyi və sürpriz qollarıyla özünə xas üsluba malik bir futbolçudu.
Komanda heyətindəki futbolçuların səviyyəsi ilə ötəri bu turnirinin favoritləri arasında olmağı layiqdir. Son üç Afrika Kubokunda səviyyəli heyətini komanda oyununda əks etdirə bilməyən komanda tarixində ikinci dəfə qitə qalibiyyətini yaşamaq üçün var gücünü ortaya qoyacaq.
Son illərdə Avropa arenasına daşıdığı oyunçuların çoxluğu və keyfiyyətiylə ön plana çıxan Kot-D"İvuar əvvəlki turnirlərdə düçar olduğu uğursuzluqları bir kənara buraxaraq turnirə hazırlanır. Heyətində dünya futbolunun böyük komandalarında forma geyinən adları saxlayan yığmanın iddiası da buna müvafiqdi. Ümumiyyətlə, heyətə aşağıdakı 23 futbolçu daxildi:
Qapıçılar: Bubakar Barri ("Lokeren"), Jerard Qnanuan (US Avrançes), Daniel Yeboa (ASEC Abican);
Müdafiəçilər: Artur Boka ("Stuttqart"), Benjamin Brou Anqua ("Valensyen"), Sulemanye Bamba ("Leyster"), Emmanuel Ebue ("Qalatasaray"), İgor Lolo ("Kuban"), Siaka Tiene (PSJ), Kolo Ture ("Mançester Siti"), Didye Zokora ("Trabzonspor");
Yarımmüdafiəçilər: Kafumba Kulibali ("Nitsa"), Jan Jak Qosso Qosso ("Orduspor"), Maks Qradel ("Sent Etyen"), Didye Konan Ya ("Hannover"), İsmael Tiote ("Nyukasl"), Yaya Ture ("Mançester Siti);
Hücumçular: Vilfried Boni ("Vitess"), Seydu Dumbya (SSKA Moskva), Didye Droqba ("Çelsi"), Jervinyo ("Arsenal"), Salomon Kalu ("Çelsi"), Abdelkader Keyta (Əl Sədd).
Baş məşqçi: Françis Zahui
Afrika Millətlər Kubokundakı ən yaxşı nəticəsi: Çempionluq (1992)
FİFA reytinqində yeri: 16
Mərakeş
Maruan Şamax ("Arsenal") - Yaşı: 28, Mövqeyi: hücumçu.
Mərakeş millisinin qol yollarındakı ən böyük ümidi olan Şamax bu mövsüm "Arsenal"da istədiyi oyunu göstərə bilmir. Klubda Van Persinin kölgəsində qalan ulduz oyunçu, özünü Afrika Kubokuna hazırlayaraq keyfiyyətini göstərmək istəyir. Uzun boyuna baxmayaraq, texniki futboluyla tanınan Şamax bu mövsüm "Arsenal" formasıyla oynadığı 8 qarşılaşmada cəmi 1 qol vurub.
Nordin Amrabat ("Kayserispor") - Yaşı: 25, Mövqeyi: hücumçu.
Türkiyə Superliqasının ən yaxşı oyunçuları arasında olan cinah hücumçusu özünə xas üslub və yaradıcılıq duyğusuna sahibdir. Niderland əslli oyunçu qol yollarında ölkəsinin ən böyük ümidlərindəndi.
Adel Taarabt ("Kuins Park Reyncers") - Yaşı: 22, Mövqeyi: yarımmüdafiəçi.
Millisinin orta sahədə güvəndiyi adların başında gələn Adel Taarabt Erik Geretsin əlindəki ən dəyərli oyunçulardan biridi. 2007-ci ildən Premyer Liqada forma geyinir və bu mövsüm "Kuins Park Reyncers" formasıyla İngiltərədə 15 matça çıxıb.
Erik Gerets kimi bir məşqçi ilə diqqəti üzərinə çəkən Mərakeş yığması Avropa və Afrika futbolunu uğurla sintez edə bilir. Yaxşı komanda oyununa malik Mərakeş ulduzlarına da arxalanan bir yığmadır.
Belçikalı mütəxəssis Erik Geretsin dəyərli karyerası olan məşqçi kimi komandanı uğura aparmağa çalışacaq. Yığma qitə yarışına bu 23 nəfərlə qatılır:
Qapıçılar: Mohamed Amsif ("Auqsburq"), İssam Badda (FUS Rabat), Nadir Lamyaqri ("Vidad" Kasablanka);
Müdafiəçilər: Camal Aliui ("Əl Xaritiyat), Mehdi Benatia ("Udineze"), Abdelfəttah Bukriss (FUS Rabat), Mikael Kretyen ("Bursaspor"), Badr Əl Kadduri ("Seltik), Abdelhəmid Əl Kautari ("Monpelye"), Əhməd Kantari ("Brest"), Mustafa Mrani ("Məqrib");
Yarımmüdafiəçilər: Ussama Assaidi ("Heerenven"), Yunes Belhanda ("Monpelye"), Mbark Bussufa, Mehdi Karsela (hər ikisi - "Anji"), Kərim Əl Əhmədi ("Feyenoord"), Adil Hermax ("Əl Hilal"), Husine Xarja ("Fiorentina"), Adel Taarabt ("Kuins Park Reyncers");
Hücumçular: Nordin Amrabat ("Kayserispor"), Maruan Şamax ("Arsenal"), Yussef Əl Ərəbi ("Əl Hilal"), Yussef Haci ("Renn").
Baş məşqçi: Erik Gerets.
Afrika Millətlər Kubokundakı ən yaxşı nəticəsi: Çempionluq (1976).
FİFA reytinqində yeri: 66.
Seneqal
Mussa Sou ("Lill") - Yaşı: 25, Mövqeyi: hücumçu.
Fransa liqasının ötən il 22 bombardiri olan Mussa Sou bir çox Avropa komandalarını izinə salıb. "Lill"in ən böyük ulduzu olan qolçu ölkəsinin Afrika Kubokunda da ən böyük silahlarından biridi. Driblinqləriylə tanınan Sounun bu turnirdə uğurlu çıxışı Fransa liqasından daha sanballı çempionatlardan birinə çıxmasına səbəb ola bilər.
Demba Ba ("Nyukasl") - Yaşı: 26, Mövqeyi: hücumçu.
İngiltərə Premyer Liqasında keçən il olduğu kimi bu il də ulduzunu parladan Demba Ba, Seneqalın turnirdəki ən böyük ümidlərindəndi. "Nyukasl" formasıyla bu mövsüm oynadığı 19 qarşılaşmada 15 qol vuran 1 metr 90 santimetr boylu nəhəng klubdakı uğurlu oyununu yığmada da göstərməyi planlaşdırır.
Süleyman Diavara ("Marsel") - Yaşı: 33, Mövqeyi: müdafiəçi.
Seneqalın ən zəif olan mövqeyi müdafiədə yer alan Diavara bu sahədə komandasının lideridir. "Marsel" formasıyla bu mövsüm 17 oyunda meydana çıxan oyunçu sürpriz qollarıyla Seneqalın ən diqqət çəkən adları arasında yer alır.
Turnirdə bəlkə də ən çox hücumçuya sahib olan Seneqalın Avropanın əhəmiyyətli liqalarında top qovan ulduzları var. Mamadu Nianq, Mussa Sou, Demba Ba, Papiss Sisse, İssiar Dia kimi əhəmiyyətli qol silahlarını əlində tutan Seneqal bu futbolçuları eyni anda uğurlu oynada bilsə turnirdə hər qarşılaşacağı rəqibinə kifayət qədər qol vurmağı bacarar.
Futbolsevərlərin baxımlı oyununu gözlədiyi Seneqal xüsusilə Fransa qanadıyla dünya futbol bazarında adını tez-tez eşitdirir. Heyətindəki ulduzlara arxayın olaraq da finalı hədəfləyir. Bu yolda isə aşağıdakı 23-lük çarpışacaq:
Qapıçılar: Buna Kundul ("Nyu York Redd Bulls"), Xadim Ndiaye (ASC Linquer), Pape Latir Ndiaye (US Ouakam);
Müdafiəçilər: Ömər Daf ("Brest"), Pape Maliçku Diakate ("Qranada"), Süleyman Diavara ("Marsel"), Jak Fati ("Sivasspor"), Kader Manqan ("Renn"), Şeix Mbenque ("Tuluza"), Armand Traore ("Kuins Park Reyncers"), Mustafa Bayal Sall ("Doinçester Rovers"), Lamine Sane ("Bordo");
Yarımmüdafiəçilər: İssiar Dia ("Fənərbağça"), Remi Qomis ("Valensyen"), Mohamed Diame ("Uiqan"), Qirane Ndau ("Birmingem");
Hücumçular: Demba Ba ("Nyukasl"), Süleyman Kamara ("Monpelye"), Papiss Demba Sisse ("Fraiburq"), Ndiaye Deme Ndiaye ("Arl Aviinyon"), Dame Ndoye ("Kopenhagen"), Mamadou Nianq ("Əl Sədd"), Mussa Sou ("Lill").
Baş məşqçi: Amara Traore.
Afrika Millətlər Kubokunda ən yaxşı nəticəsi: Final (2002).
FİFA reytinqində yeri: 44.
AMK-2012. Təqvim
1-ci tur
"A" qrupu
21 yanvar
22:30 Ekvatorial Qvineya - Liviya
01:00 Seneqal - Zambiya
"B" qrupu
22 yanvar
20:00 Kot-D"İvuar - Sudan
23:00 Burkina Faso - Anqola
"C" qrupu
23 yanvar
20:00 Qabon - Niger
23:00 Mərakeş - Tunis
"D" qrupu
24 yanvar
20:00 Qana - Botsvana
23:00 Mali - Qvineya
"A" qrupu
25 yanvar
20:00 Liviya - Zambiya
23:00 Ekvatorial Qvineya - Seneqal
"B" qrupu
26 yanvar
20:00 Sudan - Anqola
23:00 Kot-D"İvuar - Burkina Faso
"C" qrupu
27 yanvar
20:00 Niger - Tunis
23:00 Qabon - Mərakeş
"D" qrupu
28 yanvar
20:00 Botsvana - Qvineya
23:00 Qana - Mali
"A" qrupu
29 yanvar
22:00 Liviya - Seneqal
22:00 Ekvatorial Qvineya - Zambiya
"B" qrupu
30 yanvar
22:00 Sudan - Burkina Faso
22:00 Kot-D"İvuar - Anqola
"C" qrupu
31 yanvar
22:00 Qabon - Tunis
2200 Niger - Mərakeş
"D" qrupu
1 fevral
22:00 Botsvana - Mali
22:00 Qana - Qvineya
Alı