26/01/2012 N 07(1183)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Seçim
Rəy
Qalmaqal
Müsabiqə
Müsabiqə
Fikir
VİP
Tur
Tur
Tur
Top
Kubok
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Messidən anasına qeyri-adi hədiyyə
"Barselona"nın argentinalı ulduzu Lionel Messi anasına maraqlı doğum günü hədiyyəsi edəcək.Səfərdə "Malaqa"nı 4:0 hesabı ilə məğlub edən komandasının 3 qoluna imza ataraq het-trik müəllif olan 24 yaşlı futbolçu görüşün topunu anasına hədiyyə olaraq təqdim edəcək. Hücumçu keçən mövsüm anasının ad günündə qol vuraraq formasının altında "ad günün mübarək, ana" yazılı köynəyi göstərərək onu təbrik etmişdi. Lakin İspaniya Futbol Federasiyası Messinin etdiyi hərəkəti qaydalara zidd adlandıraraq ona 3 min avro cəza kəsmişdi.
 
"Mançester Yunayted"in 28 milyonluq istəyi
Braziliyanın "İnternasyonal" klubunda çıxış edən Leandro Damiao "Mançester Yunayted"in maraq dairəsinə düşüb. "Qırmızı şeytanlar" 22 yaşlı hücumçunu transfer etmək istəyir. Klub rəhbərliyi futbolçunu heyətə qatmaq üçün danışıqlara da başlayıb. Braziliyalı oyunçunun transfer qiyməti 28 milyon avrodur. aİngiltərə nəhəngini çalışdıran Ser Aleks Ferqüsson da Damiaonu komandasında görməkdə israrlıdır.
   
 
La Liqada daha bir istefa
La Liqa klublarından "Qranada" baş məşqçi Fabrikiano Qonzaleslə yollarını ayırıb. Bu barədə klub rəhbərliyi məlumat verib. "Qranada"nın çempionatda uğursuz çıxış etməsi rəhbərliyi bu cür addım atmağa vadar edib. Klubun idman direktoru Xuan Karlos Kordero da postundan qovulub. Komandanın sükanı arxasına "Atletiko"nun keçmiş çalışdırıcısı Abel Resinonun gətiriləcəyi bildirilir. "Qranada" hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.
   
 
"Sevilya" axtardığını Portuqaliyada tapdı
Portuqaliyanın "Maritimo" klubunda çıxış edən Baba Diavara karyerasını İspaniyada davam etdirəcək. Cari mövsümdə heç cür özünə bənzəməyən "Sevilya" 24 yaşlı hücumçunu transfer edib. Klub rəhbərliyi hücum xəttində yaranan boşluğu bu futbolçu ilə aradan götürməyi düşünür. İspan klubu seneqallı oyunçu ilə 4 illik müqavilə bağlayıb. La Liqada son 5 turdur qələbəyə həsrət qalan "Sevilya" hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
   
 
Del Pyero ABŞ yolunda
"Yuventus"un canlı əfsanələrindən Alesandro Del Pyero karyerasını ABŞ-da davam etdirə bilər. merika futbol liqasının yeni klublarından "Montreal İmpakt" 37 yaşlı futbolçuya "elçi düşüb". Amerika klubu dünya futbolunda adından söz etdirmək üçün italiyalı hücumçunu komandasına cəlb etmək niyyətindədir. Klub rəhbərliyi ilk mövsümdə iddialı bir komanda qurmaq istədiyini deyib. Komanda oyunçuya illik 5 milyon avro təklif edəcək. Müqavilənin müddəti isə 2 illik nəzərdə tutulub. "Qoca Sinyora" ilə yeni müqavilə imzalamayacağını deyən Del Piyero da ABŞ klubuna keçməkdə maraqlıdır.
   
 
Sneyderdən Mançeseterə bəd xəbər
"İnter"in hollandiyalı futbolçusu Uesli Sneyder komandadan ayrılmağı düşünmədiyini deyib. 27 yaşlı yarımmüdafiəçi hazırkı komandasında xoşbəxt olduğunu bildirib. "Mançester Yunayted" və "Mançester Siti"nin yaxından maraqlandığı oyunçu heç bir kluba keçməyəcəyini söyləyib: "Hazırda yaxşı formadayam. Özümü İtaliyada yaxşı hiss edirəm. Milan klubunda çox xoşbəxtəm. Komandadan ayrılmağı ağlıma belə gətirmirəm.
   
 
Arda ən yaxşı türk oyunçu seçildi
"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan İspaniya La Liqasında forma geyinən ən yaxşı türk futbolçu seçilib. Bu mövsüm 13-ü əsas heyətdə olmaqla 17 oyunda forma geyinən Arda 1 qol vurmaqla yanaşı, 5 məhsuldar ötürmə ilə də yadda qalıb. Ümumilikdə 1244 dəqiqə oynayan Arda komandasına ən çox top qazandıran ikinci futbolçu olub. "Valensiya"nın futbolçusu Mehmet Topal isə La Liqanın ən yaxşı ikinci türk oyunçusu adını qazanıb. 9 görüşdə 709 dəqiqə oynayan Topal 3 sarı vərəqə alması ilə diqqət çəkib. Növbəti sıraları isə "Real" (Madrid) klubunun futbolçuları Həmid Altıntop və Nuri Şahin tutub. Altıntop 3 oyunda 32 dəqiqə oynarkən, Nuri yalnız bir matçda 24 dəqiqə meydanda olub. Qeyd edək ki, hər iki futbolçunun aktivində bir qol var.
   
 
Sərvət "Beşiktaş" yolunda
Qalatasaray" klubunun müdafiəçisi Sərvət Çətin komandadan ayrılır. Təcrübəli müdafiəçinin "Beşiktaş"la anlaşdığı iddia olunur. Fatih Terimin "Qalatasaray"a gəlməsi ilə əsas heyətdəki yerini itirən Sərvət digər İstanbul nəhəngi "Beşiktaş"a keçməyə çox yaxındır. Uzun müddətdir özünə yeni klun axtaran Sərvət sonda "qara qartal"a üstünlük verib. 30 yaşlı futbolçunun yaxın günlərdə "Beşiktaş"la müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, 2007-ci ildən "Qalatasaray"da çıxış edən Sərvət bu komandanın heyətində 108 oyun keçirib.
   
 
Mourinyo Həmidi təriflədi
İspaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən "Real" - "Barselona" matçından sonra Madrid klubunun baş məşqçisi Joze Mourinyo fikirlərini bölüşüb. Portuqaliyalı mütəxəssis start heyətində yer verdiyi Karvalyo və Həmid barədə də danışıb. Hər iki futbolçunu start heyətində meydana buraxması ilə bağlı verilən sualı Mourinyo bu cür cavablandırıb: ""Hər ikisi çox yaxşı çıxış etdilər. Bunu özümü və ya texniki heyəti müdafiə etmək üçün demirəm. Karvalyo və Hamitə görə məğlub olmadıq. Hamit çox yaxşı oynadı, hər şeyini ortaya qoymağa çalışdı, fiziki baxımdan da yaxşı idi"::.
Səxavət