26/01/2012 N 07(1183)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Seçim
Rəy
Qalmaqal
Müsabiqə
Müsabiqə
Fikir
VİP
Tur
Tur
Tur
Top
Kubok
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Qarabağ" Cobuanini yola saldı, Rekişi saxladı
"Qarabağ" qış fasiləsində Vaqif Cavadovdan sonra ikinci transferini reallaşdırıb. Ağdam təmsilçisi daha bir yerli - Eltun Yaqublunun keçidini həll edib. 20 yaşlı istedadlı gənc "Neftçi"dən alınıb. Ampulaca müdafiəçi olan Yaqublu ilə 3 illik müqavilə imzalanıb. "Ağ-qaralar"ın əvəzedici heyətində karyerasını çürütməkdən canını qurtaran Eltun klubun rəsmi saytına açıqlamasında bildirib ki, onu çətin rəqabət gözləsə də, səylə çalışıb vaxtını gözləyəcək: "Qarabağ" kimi böyük camiəyə gəldiyimə görə xoşbəxtəm. Yerli futbolçuların üstünlük təşkil etdiyi, baxımlı futbol oynayan və Azərbaycanın sevimli komandasındayam. Özümü heç də yad hesab etmirəm. Əksər futbolçularla əvvəlcədən tanışam. Qurban Qurbanov kimi gənclərə üstünlük verən baş məşqçiylə işləyəcəyimə görə həyacanlıyam. Bilirəm ki, məni burda çətin rəqabət gözləyir. Məşqlərdə səylə çalışıb zamanımı gözləyəcəm".
   Qarabağlılar ötən şənbə "Taras"la lk yoxlama matçında qüvvəsini sınayıb. İlk yarıdakı "11-lik": Fərhad Vəliyev, Ansi Aqolli, Maksim medvedev, Zaur həşimov, Admir Teli, Namiq Yusifov, Rəşad Sadiqov (k), Dmitri Rekiş, Əfran İsmayılov, Georgi Adamiya, Rauf Əliyev. İlk dəqiqələr kəşviyyat xarakterli keçsə də, 8-ci dəqiqədə müdafiəçilərimizin səhvini qazaxlar Adamoviçlə qola çevirib. Az sonra Əfranın zərbəsi rəqibə dəyərək qapıçıda qalıb. Daha bir reydi "Taras"ı təlaşlandırsa da, 16-ci dəqiqədə sarı vərəqə alması İsmayılovun cinahdak fəallığını azaldıb. Cərimə meydançası həndəvərindən "çərçivə"ni nişan alan ağdamlılardan Rəşadla Rauf rəqib qapıçının sayıqlığını yoxlayıb. 26-cı dəqiqədə növbəti qol şansını Adamiya qaçırıb. Gürcünün yaxın məsafədən zərbəsini kiper dəf edib. Ansinin uzaqdan zərbəsi dəqiq olmayınca, böyük qüvvəylə irəli atılan "Qarabağ" tempi bir qədər də yüksəldib. Fasiləyə az qalmış Rauf qapıçıyla təkbətək çıxsa da, topu onun üzərinə vurub. Qurbanov ikinci yarıya fərqli heyət buraxıb: Bojan Pavloviç, Emin İmaməliyev, Qara Qarayev, Kamil Hüseynov, İlqar Qurbanov, Nderim Nedzipi, İqor Juqoviç, Sofyen Coubani, Vüqar Nadirov, Bəxtiyar Soltanov. 49-cu dəqiqədə Diakotenin qapıdan aralı keçən zərbəsinə Vüqar cavab verib. Lakin hücumçu qapıçıyla dueldə tələsərək, topu kornerə vurub. Emin isə 64-də "sarı" görüb. 71-ci dəqiqədə qazaxlar 2 dəfə qapını uzaqdan yoxlasalar da Bojan istiqaməti düzgün müəyyənləşdirib. Oyunun daha çox mərkəzdə getdiyi bu bölümdə son təhlükəni Coubani yaradıb. "Taras"ın rumın hücumçusunun başla zərbəsinə serb Pavloviç əla reaksiya göstərib.
   "Qarabağ" dünən yenidən məşqlərə başlayıb. Baş məşqçi Qurban Qurbanovun "Taras"la yoxlama oyunundan sonra verdiyi 1 günlük istirahət başa çatıb. Yaranmış fasilədə şəhərə gəzməyə yollanan futbolçular dünən yerli vaxtla 11:00-da ilk çalışmasını keçib. Təxminən 90 dəqiqə davam edən çalışma fiziki hazırlığa yönəlib. Qızdırıcı təmrinlərdən sonra "stansiya" çalışmaları yerinə yetirilib. Sonda isə toplu hərəkətlərlə ilk məşq sona çatıb. Bu arada komandanın düşərgəsinə baxışa gələn futbolçulardan biri artıq yola salınıb. Fransalı Sofiane Cobuaninin hazırlığı yetərli olmadığına görə geri göndərilib. İgor Juqoviç və Dmitri Rekiş isə hələ düşərgədədir. Adıçəkilən futbolçular 2 gün sonra "Rid"lə baş tutacaq oyunda bir daha yoxlanılacaq. Premyer Liqanın bürünc mükafatçısı Antalyada ondan savayı daha 3 görüşdə (ayın 27 və 30-da) meydana atılacaq. Hələlik fevralın 3-də Gürcüstan "Vit-Corciya"sını sınaba çəkəcəkləri bəllidi. Qurban Qurbanov baxışa gələnlərin oyunlarının onu qane etmədiyini bildirib: "Komanda istirahətdən yeni dönüb. Deyə bilərəm ki, hələ tam hazir deyilik. Bəzi oyunçularımızı sınaqdan keçirdik. İlk hissədə çıxış edən heyət normal oyun nümayiş etdirdi. Sadəcə olaraq, kobud səhv ücbatından komanda öz qapısında qol gördü. Qarşıda bir neçə yoxlama görüşü bizi gözləyir. Çempionata qədər komandanı tam hazır vəziyyətə gətirəcəyik. Yenilər növbəti matçlarda yenidən yoxlanılacaq. Onların geri göndəriləcəyini istisna etmirəm. Baxışa daha bir neçə futbolçu gələcək. Vaqif Cavadov və Eltun Yaqublu bizə yeni qoşulublar. "Rid"lə görüşdə onları meydana buraxacam".
 
"Poşkusla problemimiz yoxdur"
Yanvarın 14-dən Antalyada təlim-məşq toplanışına start verən və "Mardan Palas" da məskunalaşan "Simurq" ayın 31-ə kimi qonşu ölkəni tərk etməyəcək. Zaqatala klubu srağagün ilk yoldaşlıq matçında Qazaxıstan "Kaysar"ı ilə bərabərə qalıb. Sergey Yuran ötən ilədək çalışdığı Qazaxıstandan yaxşı tanıdığı "Kaysar" önünə bu start heyətini buraxıb: Dmitri Kramarenko, Rasim Ramaldanov, Vidas Alunderis, Ruslan Poladov, Emin Cəfərquliyev, Vasili Yanatovski, Rəşad Eyyubov, Nicat Qurbanov, Tofiq Mikayılov, Tərlan İbrahimov, Vyaçeslav Sofroni. 40-cı dəqiqədə Nicat Qurbanovun əla ötürməsini Tofiq Mikayılov dəqiq zərbə ilə tora qovuşdurub. Rusiyalı çalışdırıcı ikinci hissədə birdən-birə 9 dəyişiklik edib və yoxlanışa gələnlərə şans tanıyıb. 82-ci dəqiqədə "Turan"dan baxışa dəvət alan Rəşad Orucov avtoqol edib - 1:1. Rusiyalı və ukraynalı legionerə bu gün qovuşacaq "Simurq" Vyaçeslav Sofronini artıq transfer edib. 2010-cu ilin qışında ölkəmizə gələn Vyaçeslav il yarım "Bakı"da oynayıb. O, Azərbaycan kuboku ilə yanaşı, Premyer Liqamızın gümüş medalını qazanıb. Ötən mövsüm "Simurq"la Zaqatalada 1:1 hesabı ilə nəticələnən çempionat oyununda sonradan meydana çıxaraq, vurduğu qolla "Bakı"nı məğlubiyyətdən xilas edib. Sofroninin dediyinə görə, "Simurq"a keçidimdə heç bir gözlənilməzlik yoxdur: "Çünki bu komanda məni hələ yayda öz sıralarında görmək istəyirdi. Lakin o vaxt danışıqlarımız alınmadı. Təkcə maliyyə cəhətdən yox, həm də anlaşmanın müddəti çox az idi. Bu dəfə isə hər şeydə razılığa gələ bildik. Şübhəsiz ki, Azərbaycan və bu ölkənin futbolu mənim üçün yeni deyil. Düzdü, karyeramı ölkənizdə davam etdirməyim üçün "Simurq"la yanaşı başqa variantlar da vardı. Amma indi artıq gecdi və bu haqda danışmaq da mənasızdı. Sadəcə, onu deyə bilərəm ki, onların arasında "Simurq"dan güclüləri də vardı, zəifləri də. Fikrimcə, bu komandanın yaxşı perspektivi var. Sergey Yuranla da tanış oldum. Əminəm ki, onunla işləmək çox xoş olacaq. O, yaxşı kollektiv yaradıb. Mən "Simurq"a tez uyğunlaşdım. Özümə elə gəlir ki, sanki bütün həyatım boyu bu komandada çıxış edirmişəm. Ümid edirəm ki, bu komandaya transferim faydalı olacaq".
   "Simurq"un hazırlıq prosesində qalan rəqibləri dəqiqləşib. Yanvarın 25-də Kutaisinin "Torpedo", 31-də Drezdenin "Dinamo" klubu ilə yoxlama oyunu keçirəcəklər. "Torpedo" ilə oyunun "Kaysar" kimi yerli vaxtla saat 15:00-da başlayacağı gözlənilir. Ancaq "Dinamo" ilə matçın başlanma saatı hələ dəqiqləşməyib. Almaniyanın II Bundesliqa təmsilçisi olan Drezden təmsilçisi bir neçə gün öncə Antalyada "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib. "Torpedo" isə vaxtilə Gürcüstan çempionu olub. Yanvarın 31-də almanlarla görüşdən sonra gecə saatlarında vətənə qayıdacaqlar. "Simurq"un 3 futbolçusu hazırlıq prosesindən kənarda qalıb. Klubun icraçı-direktoru Vaqif Əliyev litvalı hücumçu Robertas Poşkus, yarımmüdafiəçilər - latviyalı Andrey Rubinlə bolqar Daniel Genovun kənarda qalmağına toxunub. O, bu legionerlərin xidmətində maraqlı olduqlarını bildirib: "Rubinlə Genov düşərgəmizdədir. Sadəcə, zədəli olduqlarından, fərdi məşq edirlər. Andrey yeni il öncəsi əməliyyat olunmuşdu və bərpa prosesi keçir. Poşkus isə üzrlü səbəbdən hazırda sıralarımızda deyil. Futbolçunun yaxında övladı dünyaya gələcək və Antalyadakı hazırlığa qatılmamaqla bağlı bizdən icazə alıb. O, fevralın 1-də Zaqatalada hazırlığımıza qatılacaq. Robertas peşəkar futbolçudur, 10 günə formasını yığar". İcraçı-direktor Robertas transfer hüquqlarına sahib olduqlarını söyləyib: "Onunla həqiqətən problemimiz yoxdur, səmimi sözümdür. Sadəcə, ailə problemlərini başa düşərək, icazə verdik. Özü də Robertas bizdə icarədə oynamır. Biz onun transfer hüquqlarını ötən yay "İnter"dən alaraq, birbaşa müqavilə imzaladıq. 2009-cu ildən ölkəmizdə oynayan, "İnter"lə Azərbaycan çempionu olan Poşkus cari mövsümdə vurduğu 8 qolla 2-ci bombardirdir". Baxışda olan "Turan"ın yarımmüdafiəçisi Rəşad Orucov isə "Simurq"a lazım olmayıb: "Baxışa çağırdığımız legionerlərin gəlişi yubanır. Menecerlər onları "Kaysar"la matçımıza gətirəcəklərini desələr də, bəzi problemlər üzündən gəlib çıxmadılar. İndi Rusiyadan bir legionerin yolunu gözləyirik ki, yanvarın 25-də Kutaisi "Torpedo"su ilə oyunda onu sınayaq. "Kaysar" ilə nəticələnən yoxlama oyununda yaxşı təsir bağışlayan "Bakı"nın moldovalı sabiq hücumçusu Vyaçeslav Sofroninin keçidi qətiləşib. Rəşad Orucovu isə geri qaytaracağıq".
   
 
Mendi vurdu, "Qəbələ" uduzdu
"Qəbələ" srağagün Antalyada ilk yoxlama oyununa çıxıb. Qazaxıstan "Atırau"su ilə görüşüblər. Hesabı 11-ci dəqiqədə Viktor Mendi açıb. Lakin onlar bu üstünlüyü tez itiriblər və Boaçın 17, Çuriyevin 24-cü dəqiqələrdəki qollarıyla 1:2 yeniliblər. "Qəbələ"nin start heyəti: Pavel Doroşev, Ürfan Abbasov, Nodar Məmmədov, Sergey Sokolov, Lyubo Baranin, Tarzin Cahangirov, Bruno da Silva, Nuran Qurbanov, Viktor Mendi, Deon Barton, Yannik Kamanan. Növbəti görüşünü ayın 25-də Ukrayna "Krivbass"ı ilə keçirəcək şimallıların baş məşqçisi Fatih Kavlak nəticəylə bağlı deyib: "Oyun mübarizə şəraitində keçdi. Komandanın vəziyyətini, fiziki durumunu, taktiki tapşırıqları necə yerinə yetirdiyini görmək baxımından yararlı matç oldu. Hesab önəmli olmasa da, hesabın belə alınmasında buraxdığımız səhvlər çox önəmlidi. Bu səhvlər üzərində işləyərək hazırlığımızı davam etdirəcəyik. Futbolçuların fiziki gücü günbəgün artır. Hamısı çox istəklidi. Hazırlıq prosesinin sonuna doğru daha güclü rəqiblərlə qarşılaşacağıq. Bu bizə komandanın hazırlıq prosesini necə dəyərləndirdiyini və çatışmazlıqları görməyə imkan verəcək".
İlkin