26/01/2012 N 07(1183)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Seçim
Rəy
Qalmaqal
Müsabiqə
Müsabiqə
Fikir
VİP
Tur
Tur
Tur
Top
Kubok
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Bakı"dan 2 transfer
Qış fasiləsində heyətini gücləndirilməyi yönündə çalışan "Bakı" Balkan təmsilçilərindən növbəti transferlərini reallaşdırır. Bunlar xorvatiyalı mərkəz müdafiəçisi Duje Bakoviçlə argentinalı hücumameylli mərkəz yarımmüdafiəçisi Lukas Mario Xorvatdır. 1985-ci ildə Argentinada anadan olan Lukas "River Pleyt"in yetirməsidir. 2004-cü ildən Sloveniyada yaşayaraq, oranın da vətəndaşlığını daşıyan orta sahə oyunçusu bu ölkənin bir neçə klubunda oynayıb. Mario ötən ildən "Domjale"də oynayır və "Bakı"nın yayda transfer etdiyi Xavyer Junior Vilsonla orada komanda yoldaşı olub. Braziliyalı yarımmüdafiəçi də öz ölkəsi ilə yanaşı, Sloveniyanın vətəndaşlığını daşıyır. 1986-cı ildə Xorvatiyada anadan olan Duje doğulduğu Rieka şəhərinin eyni adlı komandasında ilk addımlarını atıb və karyerasının çox hissəsini (55 oyun) orada keçirib. O, Xorvatiyanın 18, 19 və 21 yaşlılardan ibarət yığmalarında oynayıb. "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədovun sözlərinə görə, hər 2 futbolçunun müqavilə ilə məxsus olduğu klublarla məsələni həll ediblər: "Yeni legionerlərimiz Bakoviçla Lukasın keçidini həll etmək üzrəyik. Onların müqavilə məsələlərini rəsmiləşdirəndən sonra açıqlayacağıq. Klubumuzun prezidenti Hafiz Məmmədovun qərarını gözləyirik. Transferlərlə bağlı onu məlumatlandırırıq. Bu 2 legionerin transferi 90 faiz həll olunub. Bakoviç Xorvatiyanın "Rieka", Lukas Sloveniyanın "Domjale" klubundan gəlib. Onların komandamıza xeyir verəcəyinə inanırıq. Bundan sonra da yeni transferlər gözlənilir. Hazırlığın 2-ci mərhələsində bunu reallaşdırmağa çalışacağıq".
   "Bakı" dünən Antalyaya 2-ci təlim-məşq toplanışına yollanıb. Elvin Əliyevlə Uinston Parks isə İstanbuldadır. Dabanı əzilən müdafiəçiylə ayaq əzələsini dartan hücumçu "Acıbadem" xəstəxanasına yerləşdirilib. Cütlük 3 gündən sonra çalışmalara qoşulacaq. Komandanın heyətində gənc futbolçuların çoxluğu diqqəti cəlb edir. İlk dəfə təlim-məşq toplanışına qatılan 18 yaşlı hücumçu Tural Qürbətov əsas komandada debütü və hazırlıqların gedişi ilə bağlı fikirlərini belə izah edib: "İlk dəfədi ki, əsas komanda ilə təlim-məşq toplanışında iştirak edirdim. Burada məşqlər fərqlidi. Məşqlərimiz mənim üçün ağır olsa da, usta futbolçularla bir yerdə olmaq mənə çox şey öyrədir. Yoldaşlıq oyunlarında rəqiblərimiz çox güclü komandalar idi. Məğlub olduğumuz üçün üzgunəm, digər tərəfdən isə bu oyunlar mənim üçün böyük futbol mənası daşıyır. Dünya səviyyəli oyunçulara qarşı oynamaq, əlbəttə ki, çətindi. Ancaq bu əvəzsiz xatirədi. Sanki başqa bir dünyaya düşmüşəm. Ancaq mən buna hazıram. "AZ Alkmaar"a qarşı meydana çıxmaq böyük məsuliyyət tələb edir. Xoşbəxtəm ki, məşqçimiz Aleksandr Starkov mənə belə bir imkan yaratdı. Komanda yoldaşlarımdan geri qalmamağa çalışıram, onlardan çox şey öyrənirəm. Bundan da sonra var gücümlə çalışacağam ki, əsas komanda oynamaq haqqı qazanım".
   "Qloriya" otelini tərk edən bakılılar "Maks Royal"a yerləşib. Fevralın 5-dək sürəcək toplanışda 3 yoldaşlıq görüşü keçiriləcək. Artıq rəqiblər və oyun günləri dəqiqləşib. Belə ki, yanvarın 26-da Rumıniyanın "Panduri", fevralın 1-də Belarusun "Dinamo" (Minsk), 4-də Slovakiyanın "Koşitse" klubları ilə yoxlama matçlarında qarşılaşacaqlar. Bu arada eaş məşqçi Aleksandrs Starkovs və yardımçıları Türkiyə Superliqasının XXI turu çərçivəsində keçirilən "Antalyaspor" - "Beşiktaş" görüşünü izləyib. Azərbaycanlı jurnalistlərin əhatəsinə düşən latviyalı mütəxəssis "Bakı"da işlərin plan üzrə getdiyini deyib: "İki yoxlama matçında qüvvəmizi sınadıq. Hər ikisi güclü rəqiblər idi. "AZ Alkmaar"a 5:1 hesabı ilə uduzduq. Amma biz hansısa zəif komanda ilə oynamırdıq. Həmin "AZ Alkmaar" Hollandiya çempionatının lideridir, "Ayaks" kimi nüfuzlu klubu 5 xal qabaqlayır. Ölkə kubokunda məhz "Ayaks"ı 3:2 hesabı ilə üstələdilər. Yəni biz güclü komandaya uduzduq. Bununla belə, maraqlı oyun alındı. Bizim üçün yaxşı rəqib, böyük təcrübə idi. "İnqloştad"ın da güclü olduğunu vurğulamalıyam. Ümumiyyətlə, belə rəqiblərdən öyrənmək lazımdı. Bu, bizə həm oyun mənasında yaxşıdı, həm də təcrübəli futbolçularımız daha çox öyrənir. Təbii ki, böyük hesabla uduzmaq xoş deyil. Mən Uinston Parks və Elvin Əliyevin durumundan narahatam. Onlar hazırda müayinə krusu keçirlər. Əliyev isə ümumiyyətlə, bizimlə tam məşq edə bilməyib. Julius Vobay bizimlə deyil, harda olduğunu da bilmirəm. Gələcəkdə "Bakı"da oynayacaq, ya yox, bunu yalnız Allah bilir".
 
Fariz Yusifovun oyununda qalmaqal
Rusiyanın "Krılya Sovetov" və İsveçrənin "Tyun" klubları arasında hazırlıq matçı FİFA referimiz Fariz Yusifovun əvəzetməyə icazə verməməsi ucbatından yarımçıq dayandırlıb. Komandalar oyundan əvvəl belə razılığa gəlib ki, əvəzetmələrə məhdudiyyət qoyulmasın. Qırmızı vərəqə alan oyunçunun da əvəzinə meydana futbolçu buraxmaq mümkün olsun. Həmçinin meydandan çıxan oyunçunun təkrar oyuna buraxılmasına da icazə verilsin. 75-cı dəqiqədə "Krılya"nın futbolçusu Roman Vorobyovun Roman Qriqoryanla əvəzlənməsinə imkan verməyib. Səbəb kimi Qriyoryanın ilk hissədə meydanda yer almasını və təkrar meydana daxil olmasının FİFA qaydaların zidd olduğunu göstərib. Rusların baş məşqçisi Andrey Kobelev komandanı meydandan çıxarıb ki, futbolçuları zədə almaq təhlükəsi ilə üzləşməsin. Və 40 yaşlı həmyerlimizə çox başa salmağa çalışıb ki, bu adi hazırlıq matçıdı, tərəflər arasında belə əvəzetmələr əvvəlcədən razılaşdırılıb. Sanki Çempionlar Liqasının oyununu idarə edən Yusifov isə qərarını dəyişməyib. Hazırlıq planının pozulduğunu görən ruslar oyunu yarımçıq tərk etməli olub (məşqçilər Vorobyovun 75 dəqiqədən artıq "yüklənməsini" planlaşdırmayıbmış, bu, digər oyunçularının da hazırlıq qrafinin pozulmasına gətirib çıxarırmış). İsveçrəlilər də belə bir razılığın olduğunu "prinsipial" (bu "prinsipiallığı" və "qanunsevərliyini" milli çempionatımızda nədənsə heç görmürük) referimizin diqqətinə çatdırıb və qərarını dəyişməyi xahiş edib. Amma Yusifov inadından dönməyib.
   Beynəlxalq dərəcəli hakim Babək Quliyev həmkarının düzgün qərar verdiyini deyib: "Fariz Yusifov düzgün qərar verib. Bir futbolçu əvəzlənərsə, onun yenidən meydana daxil olması yolverilməzdir. Həmin anda Fariz Yusifov düzgün qərar verib. Yoldaşlıq oyunlarında əvvəlcədən neçə dəyişiklik olacağı müəyyənləşir. Belə yoldaşlıq matçlarında 6-7 dəyişiklik etməyə icazə verilir. Bir oyunçu əvəzlənib yenidən meydana təkrar çıxması qaydalara ziddir. Fariz Yusifov FİFA və UEFA qaydalarına uyğun olaraq hərəkət edib. Lakin o oyundan sonra belə bir açıqlama verib ki, onun idarəçiliyinə kənardan qiymət verənlər var. Həmin oyunlarda isə qiyməti həmkarları verir. Fikrimcə, bu düzgün deyil. Hakimin idarəçiliyini hakim deyil, inspektorlar qiymətləndirməlidir. UEFA belə bir layihə tətbiq edərək hər il avrokuboklarda bir neçə inspektoru oyunlara dəvət edir. Həmin oyunlarda 5 inspektor ayrı-ayrılıqda hakimi idarəçiliyinə qiymət verir. Məhz bundan sonra inspektorların savadı və qiymətləndirilməsi bilinir. Antalya toplanışına bizim inspektorlar da getsəydi daha yaxşı olardı. Premyer Liqada 20-ə yaxın hakim inspektor var. Onların toplanışda iştirak etməsi vacibdi. Ən azından həmin oyunlarda hakimlərə inspektorlar qiymət verərdi. Bu cür toplanışda yoldaşlıq görüşlərində hakimlərin idarəçiliyi və inspektorların biliyi üzə çıxardı. Orada hakimlərimiz idarə etdiyi oyunları 4 inspektoru gödərirsən. Onlar hakimin oyununa qiymət verirlər. Ondan sonra hakim və inspektorların iştirakı ilə yığıncaqda oyunlar müzakirə olunsaydı bu daha keyfiyyətli bir iş olardı. Lakin hakimin hakimə qiymət verməsi elə də düzgün sayılmır. Bu həm də etik cəhətdən normal sayılmır".
 
Toplanışdan danışdılar
"Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov Antalya təlimləri barədə klubun rəsmi saytına danışıb. O, bunları dilə gətirib: "Hazırlıqlarımız yüksək səviyyədə davam edir. Səhər idmanı daxil olmaqla gündə 3 məşqimiz olur. Qarşıda 3 yoldaşlıq oyunumuz var. İlk rəqibimiz Rusiyanın "Dinamo" klubunun əvəzedici heyətidi. Buradakı təlimlərimizə aşağı yaş qrupu komandalarından 7-8 futbolçu cəlb etmişik. Yoxlama oyunlarında onları da sınayacağıq. Bu futbolçular əvəzedici heyətə düşməyə namizəddi. Bizim işimiz əsas komandaya layiqli futbolçu hazırlamaqdı. Təkcə "Neftçi"də əvəzedici heyətə Antalyada hazırlıq keçmək imkanı yaradılıb. Çalışacağıq ki, klub rəhbərliyinin bu etimadını doğruldaq". Komandanın məşqçisi Səttar Əliyev də fikirlərini bölüşüb: "Səhər məşqlərimizi fiziki təmrinlər üzərində qurmuşuq. Axşam isə futbolçulara əsasən toplu çalışmalar veririk. Hər bir futbolçu anlayır ki, əsas komandaya keçmək üçün öz komanda yoldaşları ilə sağlam rəqabət aparıb qalib gəlməlidir. Rəhbərlik tərəfindən bu qayğını görən futbolçular daha səylə və ruh yüksəkliyi ilə məşq edir. Bu dəfə 6 futbolçumuz əsas komanda ilə hazırlıqlara qoşuldu. Yaxın gələcəkdə bu say daha da artacaq". Qapıçılarla işləyən Vitali Kovalyov isə Əyyub Əliyevlə Rəşad Əzizlinin əsas komanda ilə hazırlıqlara cəlb olunduğunu deyib: "Sözsüz ki, bu onlar üçün böyük təcrübə oldu. Antalya təlimlərimiz başlayandan sonra onlar əvəzedici heyətin düşərgəsinə gəldi. Çünki qarşıda yoldaşlıq oyunlarımız var. Hər ikisi gənc və perspektivlidi. Öz üzərlərində çalışsalar, yaxın gələcəkdə onları da "Neftçi"nin əsas heyətində görə biləcəksiniz".
Şahin
 
"İnter" sülh bağladı
"İnter" Albaniyanın "Skenderbeu" komandasıyla qarşılaşıb. "Bankirlər" əslində öncədən Albaniya "Biliş Bolş"u ilə üz-üzə gəlməliydi. Lakin son anda sparrinq dəyişdirilib. Bu rəqiblə qarşılaşmada isə tərəflər hesabı aça bilməyiblər. "İnter"in start heyəti: Səlahət Ağayev, Vladimir Levin, Peter Xrappan, Danildo Assioli, Petar Zlatinov, Arif Daşdəmirov, İlia Kandelaki, Samir Zərgərov, Asif Məmmədov, Asif Mirili, Baçana Sxadadze. Paytaxt klubu Türkiyədəki ilk oyununda Almaniyanın ikinci bundesliqa təmsilçisi "Karlsrue" ilə qarşılaşıb və 1:3 uduzub.
   
 
Lazım olmadı
Afrika Millətlər Kubokunda 2-ci oyun gününün matçları baş tutub. Ekvatorial Qvineya və Qabonda keçirilən yarışda B qrupu komandaları da mübarizəyə başlayıb. Qrupun favoriti Fil Dişi Sahili Didye Droqbanın qolu sayəsində ilk qələbəsini qazanıb. Sudanı məğlub edən Droqba və komandası kimi Anqola da ilk turu qələbə ilə başa vurub. Onlar Burkina-Fasonu məğlub ediblər - 2:1. Azərbaycan Premyer Liqasında oynamış, "Muğan"ın sabiq futbolçusu Narsis Yameoqo Burkina-Fasonun yığmasında ehtiyatda qalıb.
   
 
Rumıniyalı legioneri bəyənmədi
"Xəzər Lənkəran" daha bir futbolçu ilə yolları ayırıb. Klubun rəisi Səməd Mustafayev bildirib ki, baş məşqçi Cüneyt Biçər Ruminiya vətəndaşı olan Konstantin Arbanaşı komandadan göndərib. "O, bu gün, ya sabah "Xəzər Lənkəran"ın düşərgəsini tərk edəcək".
   
 
Araz 90 dəqiqə oynadı
Millimizin yarımmüdafiəçisi Amit Quluzadənin formasını daşıdığı "Panionios" səfərdə PAOK-la qarşılaşıb. Rəqib 29 xalla 4-cü pillədə gedirdi və liderlər qrupundan ayrılmamaq üçün mütləq qələbə qazanmağa çalışacaqdı. Gözlənildiyi kimi, meydan sahibləri 9-cu dəqiqədəki erkən qolla istəklərini sübut ediblər. Son oyunlarda start heyətində meydana çıxan Arazın bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. 18 turdan sonra "Panionios" 19 xal toplayıb. 16 komanda arasında 10-cu yerdə qərarlaşıb.