26/01/2012 N 07(1183)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Seçim
Rəy
Qalmaqal
Müsabiqə
Müsabiqə
Fikir
VİP
Tur
Tur
Tur
Top
Kubok
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
İdman fiziki və mənəvi sağlamlıq deməkdir
Uşaq və gənclər cəmiyyətin ayrılmaz bir hissəsidir. Onların fiziki və mənəvi inkişafı üçün Azərbaycanda bütün imkanlar yaradılıb. Müasir Azərbaycan gəncliyi təhsil, idman, səhiyyə, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə öz sözünü deyir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı respublikamızda ictimai-siyasi sabitliyin əsasını qoydu.
   Siyasi və iqtisadi islahatlar bütün sahələrdə olduğu kimi, idman və gənclərlə iş sahəsində də ciddi dönüşün yaranmasına, dövlətin gənclərlə əlaqədar siyasətinin həyata keçirilməsi istiqamətində bir çox əhəmiyyətli işlərin görülməsinə səbəb oldu. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 2 fevral -Azərbaycan Gəncləri Gününün təsis edilməsi gənclərlə iş sahəsində atılmış ən böyük addımlar oldu. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1999-cu il iyulun 29-da imzalanmış "Dövlət gənclər siyasəti haqqında" fərman və fərmanla təsdiq olunmuş geniş tədbirlər planında gənclərin bütün problemlərinin həlli üzrə konkret tədbirlər öz əksini tapmışdır. Hazırda Azərbaycan gənclərini öz ətrafında birləşdirən "İrəli" gənclər təşkilatı ölkəmizin ictimai-siyasi həyatında, gənclərin problemlərinin həllində mühüm rol oynayır.
   Gənclərin fiziki inkişafı dövlətimizin prioritet məsələlərindən biridir. Ölkəmizdə idmanın inkişafı, kütləviləşməsi, Azərbaycanın dünyanın aparıcı idman dövlətlərindən birinə çevrilməsi, idmançılarımızın beynəlxalq yarışlarda çoxsaylı uğurları Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti, diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Bu diqqət və qayğının məntiqi nəticəsi olaraq, artıq ölkədə idmanın inkişafı dönməz xarakter almış, güclü maddi-texniki baza yaradılmışdır.
   İdmanın inkişafı sahəsində çox böyük və önəmli amil olan maddi-texniki bazanın yaradılması və möhkəmləndirilməsi istiqamətində nəhəng miqyaslı tikinti-quruculuq işləri bu gün də həyata keçirilir. İdmançılara, məşqçilərə, idman mütəxəssislərinə, veteranlara diqqət və qayğı artırılıb, onların sosial şəraitinin yaxşılaşdırılması ənənəyə çevrilib. Fiziki və mənəvi sağlamlığı özündə birləşdirən idmanın inkişafı millətin xoşbəxt gələcəyinə yönəlib. İdman sahəsindəki sağlam məntiqə əsaslanan bu inkişaf modeli idmanla bağlı olmayan digər sahələrə də nüfuz edərək, onların da inkişaf istiqamətlərini müəyyənləşdirmək qüdrətindədir. Çünki Azərbaycan idmanındakı sürətli inkişaf modeli örnək olası, nəticə çıxarılası bütöv bir mükəmməl elmi məktəbdir. Azərbaycan dövləti uşaq və gənclərin fiziki və mənəvi inkişafına daim qayğı ilə yanaşır. Məhz bu qayğı bölgələrdə yeni idman qurğularının istifadəyə verilməsi ilə nəticələnir. Bu istiqamətdə həyata keçirilən işlər müntəzəm davam edir.
   İdmana göstərilən qayğı Sumqayıtda da öz əksini tapıb. Yeni idman ocaqlarının tikilməsi və ya əsaslı təmiri şəhərin uşaq və gənclərində idmana marağı daha da artırıb. Hazırda Sumqayıtda 11 min 749 nəfər uşaq, yeniyetmə və gənc öz bacarığını idmanın müxtəlif növlərində sınayır. Onlardan 1495 nəfəri qızlardır. Gənclik şəhərində inşa edilən Paralimpiya Kompleksi, 14 kompleks idman qurğusu (bunlardan yalnız ikisi özəl müəssisədir), 114 idman zalı, 128 sadə idman qurğusu, 9 süni örtüklü mini futbol meydançası, məhəllə və mikrorayonlarda yaradılan 50-dən çox uşaq-idman şəhərciyi uşaq və gənclərin ixtiyarındadır. Sumqayıtda idman sahəsində quruculuq işləri bu gün də davam etdirilir. Hazırda şəhərin 17-ci mikrorayon ərazisində Olimpiya İdman Kompleksinin inşası davam etdirilir. Ağırlıqqaldırmanın inkişafı üçün 5-ci mikrorayon ərazisində yeni idman qurğusu inşa ediləcək. 1 saylı Uşaq-Gənclər İdman Məktəbi əsaslı təmirdən sonra bu ilin iyulun 7-də istifadəyə verilib.
   Təmirdən sonra idman ocağı tanınmaz dərəcədə dəyişib. İkimərtəbəli binanın birinci mərtəbəsində boks, voleybol və basketbol zalları, üzgüçülük hovuzu, tibb otağı və sauna yerləşir. İkinci mərtəbədə isə trenajor zalı, arxiv, fitnes və tennis zalları fəaliyyət göstərir. İndi bu məktəbdə 595 uşaq və gənc (57 qız) 43 qrupda idmanla məşğul olur.
   Oktyabrın 30-da Ucar rayonunda istifadəyə verilən şahmat məktəbi də dövlətimizin uşaq və gənclərə göstərdiyi qayğının bariz nümunəsidir. Ucarlı uşaqların şahmatın sirlərinə daha dərindən yiyələnməsi üçün burada lazımi avadanlıqlar quraşdırılmışdır. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılıb. Məktəbin 210 kvadratmetrlik oyun zalında eyni zamanda 140 şagird şahmat oynaya bilər. Oyunları birbaşa izləmək üçün xüsusi monitor da quraşdırılıb.
   Son illər Naxçıvan Muxtar Respublikasında ən müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşması bu bölgədə uşaq və gənclərin fiziki inkişafına zəmin yaradıb. Muxtar respublikanın şəhər və rayonlarında yaradılan stadionlar, süni örtüklü mini futbol meydançaları, orta məktəblərdə fəaliyyət göstərən idman zallarının sayı, əvvəlki illərlə müqayisədə, xeyli artıb. Hazırda Naxçıvan MR-da 2 Olimpiya İdman Kompleksi, 689 sadə idman qurğusu, 1 şahmat məktəbi, 2 üzgüçülük mərkəzi, 7 uşaq-gənclər şahmat məktəbi, 9 süni örtüklü mini futbol meydançası, 12 stadion var. Bu gün Naxçıvan Muxtar Respublikasında ümumilikdə 1426 idman obyekti (sadə idman qurğuları daxil olmaqla) fəaliyyət göstərir. Müqayisə üçün deyək ki, 1980-1990-cı illərdə Naxçıvan MR-da 468 idman qurğusu olub. Yaradılan şərait uşaq və gənclərin idmana marağını artırıb, idman ocaqlarına axın güclənib. Naxçıvanda hazırda 36493 nəfər uşaq və gənc idmanla müntəzəm məşğul olur. 2011-ci ildə burada 33 idman qurğusu tikilərək və ya təmir edilərək onların ixtiyarına verilib. Naxçıvanda əlil gənclərin də fiziki sağlamlığına diqqətlə yanaşılır. Hazırda bu bölgəni təmsil edən 69 paralimpiyaçı müxtəlif yarışlarda öz gücünü sınayır. Bütün bunlar Azərbaycanda idmana xüsusi qayğı ilə yanaşıldığını bir daha sübut edir.
   2000-2011-ci illərdə Azərbaycanda ən müasir tələblərə cavab verən 32 Olimpiya İdman Kompleksi istifadəyə verilib. Təkcə bu il 4 Olimpiya İdman Kompleksi uşaq və gənclərin ixtiyarına verilib (İmişli, Tovuz, Qəbələ, Ucar), bir kompleksin (Göy-göl rayonu) təməli qoyulub. Pirşağı, Kürdəxanı, Balaxanı, Nardaran, Binə, Pirallahı qəsəbələrində idman zalları, Qusarda gimnastika bölməsi, Cəlilabadın Göytəpə qəsəbəsində güləş bölməsi yaradılıb. Biləcəri və Müşfiqabad qəsəbələrində idman sağlamlıq mərkəzi, Buzovnada "Gənclik" stadionu, Zirə qəsəbəsində və Ağsu rayonunda futbol meydançası inşa olunub, Bakıda 65 min tamaşaçı tutumuna malik "Olimpiya" stadionunun təməli qoyulub. O cümlədən, bu il 3 şahmat məktəbi (Xaçmaz, Quba, Ağcabədi), 1 Uşaq-Gənclər İdman məktəbi (Sumqayıt) uşaq və gənclərimizin ixtiyarına verilib. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanda uşaq və gənclərin fiziki sağlamlığı yüksək səviyyədə qorunur.
   Azərbaycan dövlətinin idmana diqqət və qayğısı atletlərimizin beynəlxalq arenalarda uğurlu çıxışına zəmin yaradıb. Həm yeniyetmə, həm də gənc idmançılarımız ölkəmizin idman şərəfini ləyaqətlə qoruyurlar. İstər olimpiya, istərsə də qeyri-olimpiya növlərində əldə olunan uğurlar qürurvericidir. 2010-cu ildə beynəlxalq turnirlərdə mübarizə aparan Azərbaycan idmançıları 675 medal qazanıblar. Ötən il Sinqapurda təşkil olunan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 12 idmançı ilə çıxış edən Azərbaycan komandası 8 medala (5 qızıl, 3 gümüş) layiq görülüb. Son illər güləş, cüdo, boks kimi növlərdə qazanılan nailiyyətlər hər bir azərbaycanlını sevindirir. Güləşçilərimiz nüfuzlu beynəlxalq turnirlərdə ciddi rəqibə çevriliblər və dünyanın ən güclü güləşçiləri Azərbaycan pəhləvanları ilə hesablaşırlar. Təsadüfi deyil ki, Olimpiya oyunlarında qazanılan 5 qızıl medaldan ikisi (Sidney-2000, Namiq Abdullayev, Afina-2004, Fərid Mansurov) güləşçilərimizin payına düşür. Bu növdə mübarizə aparan Rövşən Bayramov bu ilin sentyabr ayında Türkiyədə keçirilən dünya çempionatında qızıl medala sahib çıxıb. Xatırladaq ki, Rövşən Pekin Olimpiadasında gümüş medal əldə etmişdi. İstedadlı güləşçilərimiz Vitali Rəhimov, Cəbrayıl Həsənov, Əşrəf Əliyev, Salman Təhmasibi və digərləri beynəlxalq arenalarda üçrəngli bayrağımızı ən yüksək zirvələrə qaldırmışlar.
   Cüdoda qazanılan uğurlar da bu növün inkişafından xəbər verir. Müstəqil Azərbaycanın ilk Olimpiya çempionu (Barselona-1992, Nazim Hüseynov) və hələlik sonuncu olan Olimpiya çempionu (Pekin-2008, Elnur Məmmədli) məhz cüdo növündə mübarizə aparan idmançılardır. Olimpiya çempionu Zemfira Meftəhətdinova (stend atıcılığı), ikiqat Paralimpiya, dördqat Avropa və ikiqat dünya çempionu İlham Zəkiyev (cüdo), dünya çempionu Məhəmmədrəsul Məcidov, Avropa çempionları Salman Əlizadə, Teymur Məmmədov (hər üçü boks), dünya çempionu Valentin Demyanenko (avarçəkmə), dünya və ikiqat Avropa çempionu Nizami Paşayev(ağırlıqqaldırma) və digər atletlərimizin adı idman tariximizə qızıl hərflərlə həkk olunub. Kişilərdən ibarət şahmat üzrə yığma komandamız (Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov ) Avropa çempionatının qalibi kimi yüksək titulun sahibidir. Sevindirici haldır ki, təkcə fərdi növlərdə deyil, eyni zamanda komanda idman növlərində də nailiyyətlərimiz artmaqdadır.
   Keçən il qızlardan ibarət "Rabitə" voleybol komandası klublararası dünya çempionatının qalibi olub. Qızlardan ibarət "Azərreyl" voleybol klubu isə "Çelenc" kubokunu qazanıb. Maraqlıdır ki, Bakıda keçirilən final görüşündə qızıl medallar uğrunda iki komandamız qarşılaşıb - "Azərreyl" və "Lokomotiv". Qeyd edək ki, yuxarıda sadalananlar yalnız Olimpiya növlərinə aiddir və atletlərimizin son illər qazandıqları uğurların cüzi bir hissəsini əhatə edir.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Uşaq və gənclərin fiziki və mənəvi sağlamlığı milli genefondumuzun qorunmasının başlıca şərtidir" layihəsi çərçivəsində çap olunub.