26/01/2012 N 07(1183)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Seçim
Rəy
Qalmaqal
Müsabiqə
Müsabiqə
Fikir
VİP
Tur
Tur
Tur
Top
Kubok
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Bu hadisələr mənə pis təsir etdi"
"Sumqayıt"ın qış "transfer pəncərəsi" dövründə heyətinə qatdığı Yasin Abbasov klubun rəsmi saytına müsahibə verib. Hazırda Antalyada komanda ilə birlikdə məşq edin hücumçu ən böyük arzusunun yığmanın formasını geyinmək olduğunu deyib.
   - Premyer Liqanın birinci dövrəsi sizin üçün nə ilə yadda qaldı?
   
- Premyer Liqanın ilk dövrəsi mənim üçün olduqca pis keçdi. "Turan"dakı məlum hadisələr bütün futbolçular kimi mənə də psixoloji cəhətdən pis təsir etmişdi. Bu səbəbdən Tovuz klubunda istədiyim oyunu nümayiş etdirməkdə çətinlik çəkirdim.
   - "Sumqayıt"a gəlişiniz necə baş tutdu?
   
- İki ay bundan əvvəl Sumqayıt klubunun mənimlə maraqlanmasını eşitmişdim. Bu komandadan başqa, Premyer Liqanın bir necə komandası da xidmətimdə maraqlı idi. Təklif aldıqdan sonra "Sumqayıt" rəhbərliyi ilə görüşdüm. Rəhbərliyin futbolçularla münasibətini gördükdən sonra burada oynamağa razılıq verdim. Bir klubun rəhbərliyi futbolçu ilə xoş münasibətdə olursa, futbolun inkişafı üçün bacardığı hər bir şeyi edirsə, bu məkanda olmaq insana xüsusi zövq verir. Sözün əsl mənasında "Sumqayıt"ın rəhbərliyi tək mənə yox, heyətdə yer alan bütün futbolçulara xoş münasibət göstərir və futbolun inkişafı üçün çalışır.
   - Antalyadakı hazırlıq prosesi necə gedir?
   
- Müqavilə imzaladıqdan sonra Antalyaya klubun düşgəsinə yollandım. Məni burada çox xoş qarşıladılar. Baş məşqçi Bernhard Raabla tanış olduqdan sonra ilk məşqimə çıxdım. Hazırda təlim-məşq toplanışı yüksək səviyyədə davam edir. "Paderborn"la yoxlama oyununun ikinci hissəsində də meydana çıxdım. Düşünürəm ki, hazırlıq prosesinin sonuna qədər komandaya tam uyğunlaşacağam.
   - Yeni klubun haqqında nə deyə bilərsiz?
   
- Bu layihəni çox bəyənirəm. "Sumqayıt" Azərbaycan futboluna çox xeyir verəcək. Bildiyiniz kimi, komanda gənc futbolçulardan qurulub. Burada oynamaq mənim kimi gənclərin futbol təcrübəsini artırmağa xeyli təkan verəcək. Əlbəttə, gənclərin yanında bir neçə təcrübəli futbolçunun olması da məqsədəuyğun haldır. "Sumqayıt" Premyer Liqanın ilk dövrəsində yaxşı təsir bağışladı. "Qarabağ", AZAL və "Kəpəz" kimi komandalarla oyunda qələbə qazanmaq klubda görülən işlərin nəticəsidir. "Sumqayıt"da oyun praktikamı artırıb, uğurlu çıxışımla Azərbaycan millisinə çağrılmaq istəyirəm. Yığmanın formasını geyinmək ən böyük arzumdur.
   - Premyer Liqanın ikinci mərhələsindən nə gözləyirsiz?
   
- "Altı"lıq mərhələsinə qədər bizi 4 çətin oyun gözləyir. Bu qarşılaşmalarda xallar toplamaq məcburiyyətindəyik. Düşünürəm ki, "Sumqayıt" Premyer Liqada 7 və ya 8-ci pillələr üçün oynaya bilər. Gələn mövsüm isə bu klub daha uğurlu nəticə əldə edəcək.
 
Həsənov Əhmədovu dəvət etdi
17 yaşlılardan ibarət yığma yanvarın 26-dan 29-a qədər seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək. Bakıdakı toplanışa dəvət olunan futbolçuların siyahısını açıqlanıb. Belə ki, baş məşqçi Təbriz Həsənov 24 futbolçuya dəvət göndərib. Bunlar Əli Həsənli, Ehtiram Şahverdiyev, Vəzir Musayev, Tərlan Əhmədov, Qismət Əliyev, Həsir Hümbətli, İbrahim Aslanlı, Məhəmməd Hüseynov, Mirəli Məmmədzadə (hamısı "Qəbələ"), Anar Babazadə, Fərid Əsədov, Hüseyn Xəlilzadə, İlyas Səfərzadə, Elnur Cəfərov (hamısı "Xəzər Lənkəran"), Emin Mirzəliyev, Budaq Nəsirov (hər ikisi "Turan"), Elnur Kərimov, Məhəmməd Məhəmmədov (hər ikisi "Rəvan"), Coşqun Behbudov, Əmrah Əliyev (hər ikisi AZAL), Novruz Qəhrəmanov ("MKT-Araz"), İntiqam Salmanov, Cavid Əsgərov (hər ikisi "Gəncə"), Ariz İsmayılovdur ("Vətən").
 
"Sumqayıt"a 4 qol vurdular
"Sumqayıt"ın ikinci yoxlama oyunununda rəqibi Almaniyanın birinci bundesliqasından "Paderborn" olub. Görüş "Arkadiya Limak" otelinin stadionunda keçirilib. Lakin görüş təmsilçimiz üçün ağır yenilgi ilə nəticələnib. 70-ci dəqiqədən sonra (75, 78, 82, 90) qapısında 4 qol görən Bernard Raabın komandası darmadağınla üzləşib. "Sumqayıt"ın start heyəti: Andrey Popoviç, Timur İsrafilov, Bədavi Hüseynov, Slavik Alxasov, Tərlan Quliyev, Abdulla Abatsiyev, Samir Abasov, Murad Səttarlı, Eşqin Quliyev, Uğur Pamuk, Kamil Nurəhmədov. Premyer Liqanın debütantı ilk matçını Qazaxıstan Premyer Liqasının 2-ci pilləsində qərarlaşan "Jetusu"ya qarşı keçirərək, 2:0 udmuşdu. "Sumqayıt"ın 3-cü oyunu bu gün Rusiya 1-ci liqa təmsilçisi "Fakel"ə qarşıdı.
Rəşad