
Klubları: "Kome" (1975-1976), "Visenza" (1976-1977), "Peruya" (1977-1981), "Yuventus" (1981-1985), "Milan" (1985-1986), "Verona" (1986-1987)
Klub titulları: 1982- İtaliya Çempionu, 1983- İtaliya kubokunun qalibi, 1984- UEFA kubokunun qalibi, 1985- UEFA Supekubokunun qalibi, 1985- Avropa kubokunun qalibi (klubların iştirakı ilə)
Beynəlxalq arenadakı titulları: 48 oyun, 20 qol.
1978- DÇ-da üçüncü yer (3 qol vurub), 1982- DÇ-nın qalibi, 1982- DÇ-da qızıl butsun qalibi (6 qol vurub), 1986- DÇ-da 1/8 finalın iştirakçısı
Nadir hallarda futbolçular hər zaman gündəmdə qalırlar. Bu o zaman baş verir ki, onlar karyeraları boyunca özlərini ən yaxşı tərəfdən gösətərsinlər. Yəqin mənimlə razılaşarsınız ki, İtaliya Futbolunun həmşəyaşar ulduzlarından hesab olunan Paolo Rossi bu cəhətdən öz sözünü deyə bilib. Çox sadədir, futbolçu meydana çıxanda tribunlardan yalnız bir səs eşidilirdi - "Pablito, qol!" Əlbəttə, bu, onu sevən saysız azarkeşin ən böyük arzusu idisə, futbolçunun da sevimli peşəsi olduğunu unutmaq olmaz. Etiraf edək ki, o, bu işi məharətlə yerinə yetirirdi. Yüksək futbol mədəniyyətinə malik olan bu şəxs göstərdiyi oyunla indidə diqqət mərkəzində qalmağı bacarıb.
Paolo Rossinin karyerası 1979-cu ildə erkən bitə bilərdi. Hələ bir il əvvəl dünya çempionatı zamanı komandasının uğurlu çıxış etməsində əsas pay sahibi kimi göstərilən Rossi "A" Seriyaya qayıdan kimi böyük qalmaqalla qarşılaşdı. "Peruya" İtaliya çempionatında ilin son günündə "Avellino" ilə 2:2-lik qarşılaşma çoxları üçün bir xeyli qaranlıq məqamlar buraxmışdı. Ağıllarda gəzən sual işarələrini çzmək isə İtaliya Təhlükəsizli Nazirliyinə həvalə olunmuşdu. İlkin soruşdurmaların nəticəsində qrupp belə qərara gəldi ki, matçın nəticəsi əvvəlcədən müəyyənləşdirilib. Bu, təsdiqini tapacağı təqdirdə Rossi digər yoldaşları kimi, üç il futbol oynamaqdan məhrum edilə bilərdi. Lakin sonradan həmin müddəti iki ilə qədər azaldan rəhbərlik komandanı ağır vəziyyətə saldı. 22 yaşlı gənc hücumçu isə dünya futbol səmasına yenicə qalxan ulduz olduğundan onun gələcəyi böyük təhlükə qarşısında idi. Lakin bütün bunlar onun əhvalını qətiyyən korlamadı. Rossi tezliklə ölkənin aparıcı klublarından "Yuventus"dan təklif aldı. "Ağ-qaralar"a gəldikdən sonra daha da inkişaf edən futbolçu tezliklə ölkə çempionluğunu qazandı. Ardınca Avrokuboklarda da mühüm nailiyyətləri aktivinə yazdı.
Hələ Turinə gəlməmişdən qabaq, onun istedadı ətrafındakılar tərəfindən yüksək qiymətləndirilirdi. Bu baxımdan yığmanın o vaxtkı baş məşqçisi Enzo Bearzot onun bir neçə oyununu izlədikdən sonra milliyə yararlı ola biləcəyini güman edərək, komandasına dəvət etdi. Artıq 21 yaşda (1978) millinin formasını geyinən Rossi həmin ildə Argentinada keçirilən dünya çempionatına qatılmaq şansı da qazandı. Mundialda böyük şücayət göstərən futbolçu üç qol vuraraq, yığmada yerini möhkəmlətsə də, həmvətənləri uğur qazana bilmədi. Üçüncülüklə kifayətlənən Skuadra Azzura vətənə minimum titulla yolandı. Lakin bir il sonra Rossi üçün böyük fəlakət gəldi. Ona yüksək divizionda oynamaq qadağan edildi. Lakin xoşbəxtlik quşu onun başına necə qonmuşdusa... Mövsümün yekununda futbolçu Turin klubundan təklif alınca cəza problemi də aradan qalxdı. Amma tərslikdən burada da əvvəlki halla üzləşdi. Həmini ilin aprelin əvvəli yığmanın dünya çempionatına qatılacaq oyunçularının siyahısı açıqlandı. Bir çoxları fikirləşirdi ki, iki il futbolsuz qalan Rossi yığmadan kənarda olacaq. Lakin nə qədər ki, millinin çalışdırıcısı Enzo Bearzot idi, Rossinin yığma ilə bağlı qaralanması mümkünsüz hal olacaqdı. Axı məşqçi onu istənilən halda yığmaya birinci çağıracağını açıqlayırdı: nə olsun ki, iki il müddətində bir dəfə də olsun, beynəlxalq oyunda meydana çıxmayıb. Mən onsuz İspaniyaya gedən deyiləm.
Enzo onu hər şeydən öncə yığmanın simvolu adlandırırdı. Hətta sonralar açıqlamalarının birində demişdi: "Əgər həmin vaxt mən Rossini İspaniyaya aparmasaydım, əminəm ki, komandam heç bir inailiyyət də qazana bilməyəcəkdi. Onun qol duyumu heç nə ilə müqayisə oluna bilməz. O həqiqətən də yaxşı futbolçu və super sürətə malik bir idmançıdır. Mənim fikrimcə, belə futbolçular var olduqca, İtaliya uğur qazanmağa davam edəcək".
Vətən qayıdan "Tiffozi"ni hamı qəhrəman kimi qarşıladı. Xüsusən də mətbuat "buzovlar"ı göyün yeddinci qatına qaldırırdı. İtaliya yığması qrupp mərhələsini, ümumiyyətlə, final da daxil olmaqla bütün oyunlarda əsl əzmkarlıq nümayiş etdirdi. Rossi isə mundialda vurduğu altı qolla Enzo mübahisələrdən bilmərrə xilas etdi. Ona etimad göstərməyənlər isə nə qədər yanıldıqlarını bir daha anladılar.
"Yuventus"a gəldikdən sonra uğurlu trayektoriya cızan Rossi 1985-ci ildə "Milan"a keçdi. "Qırmızı-qaralar"ın heyətində o qədər də uğurlu çıxış etməsə də, bu onun yenidən milliyə çağrılmasına əngəl törətmədi. 1986-cı ildə Meksikaya yola düşən kollektivə Rossi sonuncu dəfə qoşulurdu. Daha əvvəlki futbolçu deyildi. Onun məhsuldar ötürmələri, ən əsası isə demək olar ki, yaddan çıxmışdı. Belə futbolçu kiməsə gərək idi? Milanda da pənah tapa bilməyən Rossi hmin ildə keçdiyi "Verona"da cəmi bir mövsüm oynadı. Lakin uğursuz və bədbin bir mövsüm. Həmin ilin başa çatmasını səbrsizliklə gözləyən Rossi 31 yaşında karyerasını başa vurduğunu bildirdi.
Əlbəttə, o, meydanda daha çox qala və xaruqələr yarada bilərdi. Lakin oyun zamanı canını ortaya qoyan hücumçunun adımbaşı zədələnməsi futbolçunu onusuz da tükənməkdə olan kəsərliliyini bir qədər də zəiflədirdi. Təsadüfi deyil ki, dəfələrlə jurnalist qabağına çıxan futbolçunun ən çox şikayətləndiyi şey tez-tez zədələnməsi olub. Amma nə etmək olar. Alın yazısı necədirsə...