
İtaliyada həftəsonu bir-birindən maraqlı oyunlar, gözlənilməz nəticələr qeydə alınsa da, tur iddialıların hamısının inamlı qələbəsilə yekunlaşdı. Turnir cədvəlinin lideri "Yuventus" "A" Seriyanın birinci dövrəsini lider kimi başa vurdu. Turinlilər 19-cu turda səfərdə "Atalanta"nı iki cavabsız qolla yenərək bu mövqeni özlərinə təmin etdilər. Berqamodakı görüşün başlanğıcı göstərirdi ki, "Yuventus" keçmiş səhvlərindən nəticə çıxarıb. Qonaqlar ilk dəqiqələrdən "Atalanta"nın cərimə meydançasını mühasirəyə aldılar. Lakin nə Mirko Vuçiniç, nə Simone Pepe, nə Alessandro Matri heç cür topu qapıya sala bilmirdilər. Top ya qapıdan yan ötür, ya üstündən keçir, ya da dirəyə tuş gəlirdi. Rəqibin ilk həmlələrini dəf edən "Atalanta" bir qədər sonra özü də Canluici Buffonu narahat etməyə başladılar. Lakin onların hücumlarında itilik çatmırdı. "Yuventus" hissənin sonlarına yaxın fəallaşmağa başladı. Lakin növbəti imkanları Andrea Pirlo və Paolo De Çelye, həmçinin yenə də Pepe, Matri və Vuçiniç qaçırdılar. Arturo Vidal isə topu üstdirəyə tuş gətirdi. Qolsuz 45 dəqiqədən sonra Antonio Konte fasilədə nəsə düşünməli idi. Ancaq turinli baş məşqçiyə bir problem də Klaudio Markizionun zədələnməsi oldu və onun yerinə ikinci yarıda Emmanuel Zakkerini çıxası oldu. İkinci yarının startı elə birincinin başlanğıcına bənzər oldu. "Yuventus" yenə irəli getdi, yenə qol vəziyyətləri yaratdı və yenə də həlledici məqamda həmişəki problemlər ortaya çıxdı. Belə məqamda Pirlo özü sözünü dedi. Məlumdur ki, Andrea gözəl ötürmələrin ustasıdı. 55-ci dəqiqədə o əla diaqonal ötürmə ilə uzaq dirək səmtində Ştefan Lixştayneri tapdı. İsveçrəliyə bir neçə metrdən yalnız topu qapıya yönəltmək qalırdı.
"Atalanta" qol buraxandan sonra lap söndü. "Yuventus" isə ikinci qolunu vurdu. Luka Marone ilə Ammanuele Zakkerininin gözəl kombinasiyasında ikinci ofsayd tələsindən qaçıb qapıya dəqiq zərbə endirdi. Qonaqlar 2:0-lıq qələbə ilə lider mövqelərini möhkəmlətdilər. Yüksək yerlərə yaxınlaşmağa çalışan "Roma" "Çezena"nı darmadağın etdi. Matçın artıq 9-cu dəqiqəsində hər şey həll olunmuşdu. Həmin anda Borininin qolu artıq matçda üçüncü idi. Ondan öncə komandanın kapitanı Françesko Totti artıq iki dəfə fərqlənmişdi. Totti 1-ci dəqiqədə hesabı açmış, Borininin qolundan 1 dəqiqə öncə isə dubla imza atmışdı. Ancan "Roma"nın siması diqqəti erkən dublundan daha çox yeni "A" Seriya rekordu ilə üzərinə çəkdi. Bununla o, "Roma"nın köynəyində "A" Seriyada keçirdiyi 486 oyunda qollarının sayını 211-ə çatdırdı. Bu isə vaxtilə "Milan"ın isveçli forvardı Qunnar Nordalın əldə etdiyi nəticədən 1 qol çoxdur. Hazırda fəal futbolçulardan Totti ilə yalnız Del Pyero rəqabət apara bilər. Alessandro "Yuventus"un formasında ölkə çempionatının elitasında 205 qol vurub. Romadakı son oyuna gəldikdə, paytaxtlılar uzun müddət qollarına ara verdilər. 58-ci dəqiqədə rəqiblərdən Eder fərqi azaltsa da, davamında Juan və Pyaniç "Roma"nın üstünlüyünü böyütdülər.
İtaliya "A" Seriyası. Tur 19
"Roma" - "Çezena" 5:1
Qollar: Totti, 1, 8, Borini, 9, Juan, 62, Pyaniç, 70 - Eder, 58.
"Roma": Stekelenburq, Haynse, Juan (Kyaer, 74), Taddei, Rozi, Qaqo, Qreko, Pyaniç, Lamela (Krkiç, 54), Borini, Totti (Viviani, 65).
"Çezena": Antonioli, Rodriges, fon Bergen, Lauro (Moras, 67), Komotto, Çekkarelli, Koluççi (Benaluan, 77), Quana, Parolo, Eder, Mutu (Kandreva, 46).
"Atalanta" - "Yuventus" 0:2
Qollar: Lixtştayner, 55, Zakkerini, 82.
"Atalanta": Konsiyği, Manfredini, Ferri, Peluzo, Raymondi, Bonaventura (Marilunqo, 62), Çiqarini, Padoin, Skelotto (Pintu, 77), Morales (Qabbyadini, 83), Denis.
"Yuventus: Buffon, Kyellini, Barsalyi, De Çelye, Lixtştayner, Pirlo, Markizio (Zakkerini, 46), Vidal, Pepe (Marrone, 70), Vuçiniç (Bonuççi, 86), Matri.
"Bolonya" - "Parma" 0:0
"Bolonya": Jille, Raci, Portanova, Rubin, Antonsson, Qariç, Peres, Mudinqayi, Ramires (Diamanti, 82), Akvafreska (Himenes, 74), Di Vayo.
"Parma": Pavarini, Zakkardo, Paletta, Lukarelli, Qobbi, Valiani, Morrone (Muzaççi, 46), Qalloppa, Valdes (Biabiani, 63), Flokkari, Covinko (Palladino, 82).
"Udineze" - "Kataniya" 2:1
Qollar: Armero, 20, Di Natale, 53 - Lodi, 90+4-pen.
"Udineze": Handanoviç, Ferronetti, Laranjera, Armero, Domissi, Basta, İsla (Batoççio, 89), Pinsi (Paskuale, 46), Fernandes, Abdi, Di Natale (Floro Flores, 77).
"Kataniya": Kampanyolo, Potensa, Leqrottalye, Spolli, Markeze (Llama, 69), İsko, Byakyanti (Lodi, 56), Almiron, Barryentos, Qomes (Katellani, 80), Berqessio.
"Siena" - "Napoli" 1:1
Qollar: Kalayo, 67 - Pandev, 86.
İstifadə edilməyən penalti: Lavessi, 79.
"Siena": Pecolo, Tersi, Kontini, Pezoli, Del Qrosso, Vityello, Verqassola, Bolsoni, D"Aqostino (Anjelo, 89), Kalayo (Destro, 80), Briensa (Parraviçini, 85).
"Napoli": De Sanktis, Kannavaro, Aronika, Kampanyaro (Suniqa, 70), Dossena, Qarqano (Lavessi, 55), İnler (Cemaili, 70), Maco, Hamşik, Kavani, Pandev.
"Palermo" - "Cenoa" 5:3
Qollar: Budan, 26, Silvestre, 37, Mantovani, 42, Mikkoli, 75, Milyaçço, 84 - Palasio, 13, 59-pen., Yankoviç, 89.
"Palermo": Viviano, Munyos, Silvestre, Mantovani, Balsaretti, Milyaçço, Donati, Barreto, İliçiç (Bertolo, 70), Budan (Pinilya, 80), Mikkoli (Della Rokka, 85).
"Cenoa: Frey, Qrenkvist, Moretti, Mesto, Sampirizi (Kuska, 46), Seymur (Horkera, 77), Byondini, Yankoviç, Skulli, Cilardino, Palasio.
"Novara" - "Milan" 0:3
Qollar: İbrahimoviç, 57, 90, Robinyo, 74.
"Novara": Uykani, Çenturioni, Rinaudo, Cemiti, Morqanella, Qarsiya (Maryanini, 62), Peşe (Rubino, 62), Porkari, Riqoni, Maskara (Yensen, 69), Karaççolo.
"Milan": Amelia, Tyaqo, Mekses, Antonini (El-Şaaravi, 46), Abate, van Bommel, Emanuelson, Noçerino, Ambrozini (Zeedorf, 90), İbrahimoviç, Robinyo (Merkel, 86).
"Leççe" - "Kyevo" 2:2
Qollar: Espozito, 30, Di Mikele, 90+2 - Paloski, 3, 24.
"Leççe": Benassi, Espozito, Ferrario (Obodo, 46), Tomoviç, Brivio, Oddo, Olivera, Kuadrado (Pyatti, 76), Qrossmüller (Paskuato, 84), Di Mikele, Muriel.
"Kyevo": Sorrentino, Sesar, Andreolli, Yokiç, Sardo, Bredli, Sammarko (Xetemay, 75), Lusiano, Tero, Pellisye (Krusado, 67), Paloski (Moskardelli, 87).
"Kalyari" - "Fiorentina" 0:0
"Kalyari": Aqassi, Astori, Kanini, Aqostini, Pizano, Ekdal (Konti, 85), Kossu, Naynqqolan, Dessena, İbarbo, Larrivey (Əl-Kəbir, 74).
"Fiorentina": Borus, Natali, Nastasiç, Qamberini, Paskual (Varqas, 86), Kassani, Salifu (Munari, 57), Montolivo, Lassari, Lyayiç (Akosti, 64), Bəhrami.
"İnter" - "Latsio" 2:1
Qol: Milito, 44, Passini, 63 - Roki, 30.
İnter: Julio Sezar, Samuel, Lusio, Kivu (Sneyder, 46), Maykon, Zanetti, Naqatomo, Kambyasso, Alvares (Obi, 46), Milito (Faraoni, 70), Passini.
Latsio: Marketti, Dias, Byava, Radu, Zauri (Sisse, 73), Ledesma, Ernanes (Matuzalem, 46), Luliç, Qonsales (Konko, 66), Kloze, Rokki.