Alıyevin düşmənləri "əzilib"
"Bakı"ya məğlubiyyətdən sonra yenə bəzi "Turan"lı oyunçuların adı satqınçılıqda hallandırılır. 0:2 hesablı yenilgini bununla əlaqələndirənlər az deyil. Dünən bəzi qəzetlərdə də buna oxşar ifadələrə rast gəlmək olardı. Deyilənə görə, İrakli Vaşakidzenin zəif oyunu rəhbərliyi və baş məşqçi Sakit Alıyevi də bərk qəzəbləndirib. Hətta ikincinin klub daxilində onun əleyhinə gedən qüvvələrdən şübhələndiyi bildirilir. Sakit bəyin dilindən səsləndirilən fikirlər də buna işarədir. Lakin dünən bizimlə söhbətdə Alıyev heç kimdən şübhələnmədiyini önə çəkdi: "Nəsə araşdırma aparmağa ehtiyac görmürəm. Məğlubiyyətdə əsas günahkar özümüzük. İki kobud səhvdən qol buraxdıq. İndi nə edək, "Bakı"nın legionerləri o cür səviyyəlidir, bizimkilər də belə. Klub daxilində hansısa anlaşılmazlıq qalmayıb. Bəzi məsələlər vardı, onlar da prezidentimizin işə qarışmasından sonra aradan qalxdı".