"Ümid Kuboku"ndan 1 qızıl, 1 gümüş
Moskvada atletika üzrə beynəlxalq "Ümid Kuboku" turnirinə yekun vurulub. Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) Moskva Regional İnkişaf Mərkəzinin sayca üçüncü turniri olan bu yarış da Azərbaycan idmançıları üçün uğurlu olub. Ramil Quliyev 60 metrlik məsafəni 6,91 saniyəyə qaçaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Üç təkanla uzunluğa tullanma yarışlarında isə azərbaycanlı atlet Ruslan Panasenko 15,10 metr nəticə ilə gümüş medala layiq görülüb. İAAF-ın Moskva Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilən birinci turnirdə də R.Quliyev qızıl, R.Panasenko isə bürünc medala sahib olub
Cütlük Qrappada 9-cu olub
İtaliyanın Bassano del Qrappa şəhərində idman rəqsləri üzrə beynəlxalq "İDSF Open Standart" turniri başa çatıb. Turnirdə Azərbaycanın idman şərəfini Eldar Cəfərov - Anna Sajina dueti qoruyub. Yarışların yarımfinalına qədər irəliləyən cütlük 51 duet arasında 9-cu yeri tutub. Qızıl medallara italiyalı Andrea Cigiarelli - Sara Andraççio dueti layiq görülüb. Viktor Kiska - Malqorzata Qarliçka (Polşa) ikinci, Luka Busoletti - Tasa Vuliç (Sloveniya) cütlüyü isə üçüncü yerləri tutubr.
Qılıncloynadanlar mərhələ yarışında
Qılıncoynatma üzrə qadınlardan ibarət yığma komandamız fevralın 23-də Budapeştdə başlanacaq Dünya Kubokunun mərhələ yarışlarında mübarizə aparacaq. Hazırda qılıncoynadanlarımız "Moskva sablyası" beynəlxalq turnirindən sonra Rusiya paytaxtında təlim-məşq toplanışlarında iştirak edirlər. Bu yarışlarda ən yaxşı nəticəni 70 iştirakçı arasında 51-ci yeri tutan Aidə Ələsgərova göstərib. Budapeştə Moskvadan yola düşəcək dörd nəfərdən ibarət yığma komanda fevralın 23-24-də şəxsi yarışlarda, ayın 25-də isə komanda yarışlarında qüvvəsini sınayacaq.
Cüdoçülar Bakının güclülərini seçdilər
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Maştağa Olimpiya İdman Kompleksində 1988-90-cı il təvəllüdlü idmançılar arasında keçirilən cüdo üzrə açıq Bakı çempionatına yekun vurulub. 250-dək idmançının mübarizə apardığı yarışın nəticələrinə əsasən, oğlanlar arasında birinci yeri İlqar Müşqiyev (57 kq), Raqif Allahverdiyev (60 kq), Ruzi Hacıyev (66 kq), Samir Kərimov (73 kq), Mirələm Ağamirov (81 kq), Naim Allahverdiyev (90 kq), Xaqani Məmmədov (100 kq), Elvin Kərimov (100 kq-dan yuxarı) tutub. Qızların yarışında isə fəxri kürsünün ən yüksək pilləsinə Ülkər Babayeva (44 kq), Həmidə Kərimova (48 kq), Firuzə Adıgözəlova (52 kq), Xalidə Seyidova (57 kq), Xanım Məmmədova (63 kq), Gülanə Əliyeva (70 kq), Fatimə Həsənova (78 kq) və Vəfa İbadova (78 kq-dan yuxarı) qalxıb.
"Aeroflot Open"da uğurla çıxış edirik
Bu günlərdə Moskvada keçirilən ənənəvi beynəlxalq "Aeroflot Open" turnirinin altıncı mərhələsi Azərbaycan şahmatçıları üçün uğurlu olub. qrossmeyster Vüqar Həşimov qara fiqurlarla oynayarkən belorus Sergey Azarova məğlub olduğu halda, komanda yoldaşı Rauf Məmmədov rusiyalı Nadejda Kosintsevaya qalib gəlib. "A" turnirində çıxış edən üçüncü şahmatçımız, gənclər arasında dünya və Avropa birinciliyində qələbə qazanmış Eltac Səfərli Yunanıstan şahmatçısı Stellios Xalkiosu məğlub edib. Altı oynanılmış mərhələdən sonra Azərbaycan şahmatçıları arsında ən yaxşı nəticə 3,5 xal ilə iyirmi beşinci yerdə qərarlaşmış Vüqar Həşimova məxsusdur. Turnirin lideri isə aktivində 5 xal olan lövhə sahibi Stanislav Novikovdur.
Naxçıvan cüdoçuları İrana gedəcək
Bu barədə Naxçıvan MR Gənclər və İdman Nazirliyindən bildiriblər. Adıçəkilən nazirliyin mətbuat xidmətinin məlumatına görə, fevralın 24-dən startı veriləcək beynəlxalq turnirdə məşqçi Yaşar Səfərovun rəhbərliyi altında regionun 10 idmançısı mübarizə aparacaq. Urmiya şəhərində təşkil olunacaq turnirin fevralın 28-də başa çatacağı bildirilir. Naxçıvan MR Gənclər və İdman Nazirliyindən onu da bildiriblər ki, fevralın 28-də isə Muxtar Respublika güləşçiləri elə həmin şəhərdə təşkil olunacaq sərbəst güləş üzrə beynəlxalq turnirə qatılacaq. 10 nəfərdən ibarət digər heyətə isə Elbrus Həsənov rəhbərlik edəcək.
Dopinqlə əlaqədar konfrans keçiriləcək
Gənclər və İdman azirliyi martın 3-də dopinqlə mübarizə mövzusunda respublika konfransı keçirəcək. Bu barədə məlumatı Gənclər və İdman azirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov verib. "Səhiyyə, Xarici İşlər, Gənclər və İdman azirliklərinin yüksək vəzifəli şəxslərinin iştirak edəcəyi konfransda Azərbaycanın dopinqlə mübarizə Konvensiyasına qoşulması, bu sahədə qanunvericilik bazasının yaradılması məsələləri müzakirə ediləcək. Azərbaycan Avropa Dopinq Konvensiyasına qoşulmaq üçün Xarici İşlər azirliyinə müraciət edib.
Üzgüçülər respublika birinciliyində
Dünən eftçi İdman Sağlamlıq Mərkəzində üzgüçülük idman növü üzrə respublika birinciliyinə start verilib. Bu barədə məlumatı Gənclər və İdman azirliyindən veriblər.
Azərbaycanda ilk dəfə keçirilən yarışda Gürcüstan idmançıları da iştirak edir. Dörd növ üzrə keçirilən yarış beş məsafəyə üzməklə keçiriləcək. Yarışda ümumilikdə 30-a yaxın idmançı iştirak edir.
Hikki Azərbaycana səfər edəcək
Avropa Olimpiya Komitəsinin başçısı Patrik Hikki Bakıya səfər etməyi planlaşdırıb. Bu haqda Milli Olimpiya Komitəsindən məlumat verilib. P.Hikki əvvəlcə fevralın 28-də ölkəmizə gəlməyi nəzərdə tutsa da, sonradan planını dəyişməli olub. Qitə komitəsi rəhbərinin mart ayında Bakıya təşrif buyuracağı bildirilir. Qeyd edək ki, P.Hikkinin səfər zamanı ölkə və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir.
Hüseyn