26/01/2012 N 07(1183)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Seçim
Rəy
Qalmaqal
Müsabiqə
Müsabiqə
Fikir
VİP
Tur
Tur
Tur
Top
Kubok
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Ola bilər ki, konfransda legioner limiti artırılsın"
Mirkamil Rəhimov AFFA-nın qərarını dəyişəcəyini istisna etmir

   
   "AFFA ictimai qurum olduğundan İcraiyyə Komitəsi üzvləri arasında fikir ayrılığının olması təbiidir. İcraiyyə Komitəsi üzvləri fikirlərini sərbəst ifadə etmək hüququna malikdirlər. Eləsi var ki, fikrini açıq şəkildə mətbuata da söyləyir. Bir sözlə, İcraiyyə Komitəsində narazılıqlar var". Bu fikirləri "APA-Sport" agentliyinə açıqlamasında Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov söyləyib. M.Rəhimov milli komandaya əcnəbi futbolçuların cəlb edilməsini müvəqqəti hal kimi qiymətləndirib: "Bu gün daha tanınmış futbolçuları ölkəmizə dəvət edə bilmirik. Legionerlərin səviyyəsi yerlilərdən yüksək olmalıdır ki, onlardan baxıb nə isə götürmək, öyrənmək mümkün olsun. Fikrimcə, bu, müvəqqəti haldır. Hazırda futbolumuzda keçid dövrüdür. Dünya futbolunda bu təcrübədən istifadə edilir. AFFA-nın sonuncu konfransında legioner limitini 3+2 kimi müəyyənləşdirmişik. Qarşıdakı konfransda, ola bilsin, bu məsələyə yenidən baxılsın". GİN rəsmisi apreldə keçiriləcək AFFA-nın növbəti konfransında legioner limitinin artırılacağını istisna etməyib: "Ola bilər ki, konfransda legioner limiti artırılsın. Hazırda Azərbaycan futbolunun daha da inkişafı üçün legionerlərin sayının artırılmasının tərəfdarıyam. Fikrimcə, komandaların heyətlərində legionerlərin sayı 5+2 olmalıdır. Ötən il qəbul etdiyimiz qərardan sonra təcrübə göstərdi ki, legionerlərin sayı çox olsa, daha yaxşıdır. Legioner limitini tətbiq edəndə bir məqsəd güdürdük. Komandalarda azərbaycanlı futbolçuların sayı daha çox olsun və onların aldıqları məvacib ölkəmizdə qalsın. Lakin nə baş verdi? Yerli futbolçuların qiyməti birə-beş artdı və onların bugünkü səviyyəsinə uyğun olmayan qiymətlər yarandı. Bu, bizi narahat edir. Futbolçular elə məbləğlər tələb edirlər ki, klub rəhbərləri futbolun inkişafı üçün ayırdıqları vəsaiti havaya sovurmalı olurlar. Yerli oyunçulara çoxlu pul xərclənsə də, nəticə olmadığından, klub rəhbərliyi pul xərcləməyin faydasını görmür. Nəticədə bu, komandaların tezliklə dağılmasına səbəb olur. Bir çox yerli futbolçular layiq olmadıqları pulu qazanırlar. Onlar öz qiymətlərini çox qaldırıblar".