26/01/2012 N 07(1183)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Seçim
Rəy
Qalmaqal
Müsabiqə
Müsabiqə
Fikir
VİP
Tur
Tur
Tur
Top
Kubok
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Rusiyalı mütəxəssis gimnastımızı tərifləyir
DİNARƏ GİMATOVA DÜNYADA 13-cüdür

   
   Azərbaycan gimnastı Zeynəb Cavadlının Moskvada təlim-məşq toplanışını yekunlaşdırıb. Milli federasiyanın mətubat xidmətindən verilən məlumata görə, gün ərzində 2-3 məşq keçən həmyerlimiz iyun-iyul aylarında Bakıda keçiriləcək Avropa çempionatına ciddi hazırlaşır. Hazırlıq prosesinə rəhbərlik edən rusiyalı məşqçilər gimnastımızın məşq proqramını yenidən işləyərək, daha da mürəkkəbləşdiriblər. Rusiya milli komandasının baş məşqçisi İrina Vinner açıqlamasında Zeynəb Cavadlıdan razı qaldığını bildirib: "Zeynəb çalışqan qızdır və mən ondan razıyam. O, bir gimnast kimi xeyli inkişaf edərək, özü haqda müsbət rəy formalaşdırıb. Biz Zeynəbi gimnastların əksəriyyəti üçün doğma şəhərə çevrilmiş Bakıda keçiriləcək Avropa çempionatında görəcəyik".
   Bakıda təşkil olunacaq Avropa çempionatı ərəfəsində Beynəlxalq Gimnastika Federasiyası 40 ən yaxşı gimnastın siyahısını dərc edib. Azərbaycan gimnastlarından ən yaxşı göstərici Dinarə Gimatovaya məxsusdur. D.Gimatova lentlə hərəkətlərdə 31,85 xalla 13-cü yerdədir. Anna Qurbanova və Aliyə Qarayeva iplə hərəkətlərdə müvafiq olaraq 14-cü (28,21) və 22-ci (9,80 xal) pillələrdə qərarlaşıblar.
   Siyahıda birinci yerlərdə rusiyalılar - 2005-ci ilin mütləq dünya çempionu Olqa Kapranova (gürzlər), 2006-cı ilin mütləq Avropa çempionu Vera Sesina (lent), habelə, sonuncu Avropa çempionatının bürünc mükafatçısı, ukraynalı Anna Bessonova (ip) qərarlaşıblar. Ölkəmizin halqa və gürzlə hərəkətlərdə 9,17 xal toplayan qrup komandası 25 komanda arasında 14-cü yerdədir. Birinci sırada 2006-cı ilin mütləq Avropa çempionu olan Rusiya komandası yer alıb.