26/01/2012 N 07(1183)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Seçim
Rəy
Qalmaqal
Müsabiqə
Müsabiqə
Fikir
VİP
Tur
Tur
Tur
Top
Kubok
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
Ermənilər vaxt istədi

   Məlum olduğu kimi, 19 yaşlı qızlardan ibarət yığma komandamız Avropa çempionatının seçmə oyunları çərçivəsində Ermənistanla eyni qrupa düşüb. Bu səbəbdən yarışın Bakıda deyil, Ukraynada keçirilməsi qərara alınıb. Bir müddət əvvəl ölkəmizdə səfərdə olmuş UEFA-nın nümayəndəsi Bruno Volsfburq bu məsələnin həlli ilə məşğul olub. O, bu məqsədlə Ukraynada səfər edib. Azərbaycan müxtəlif yığmaların Avropa çempionatının seçmə mərhələ oyunlarına ev sahibliyi edəndə Bruno Volsfburq bir neçə dəfə Bakıya səfər edib. UEFA rəsmisi AFFA-nın baş katibi Fuad Əsədovla danışaraq, oyunların Ukraynada keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. AFFA qrup oyunlarının Ukraynada təşkil olunmasına razıdır. Bizimlə eyni qrupa düşən şotlandiyalılar da Ukraynada oynamağa etiraz etməyiblər. Dünən isə ermənilər qəti mövqeyini bildirməliydi. Lakin futbol federasiyası fikirləşmək üçün vaxt istəyib.