26/01/2012 N 07(1183)
MÜSTƏQİL İDMAN QƏZETİ
Ana səhifə
Gündəm
Seçim
Rəy
Qalmaqal
Müsabiqə
Müsabiqə
Fikir
VİP
Tur
Tur
Tur
Top
Kubok
Ay-ulduz
SON SƏHİFƏ
ARXİV
B Ç Ç C C Ş B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
MƏZƏNNƏ
1 USD 0.8694 AZN
1 EUR 1.1457 AZN
1 RUR 0.0332 AZN
1 GBP 1.6983 AZN
1 AUD 0.6840 AZN
 
HAVA
 
SAYĞAC
 
 
 
ÜNVAN

© Futbol+Qol qəzeti, 2002-2007
Materiallardan istifadə
zamanı FutbolQol.az linkinə
istinad vacibdir.

Baş redaktor:
Vüqar SƏFƏRLİ
Təsisçi:
"Futbol+Qol" şirkəti
Lisenziya:
AV-022335,
Mətbuat və İnformasiya
Nazirliyi

 
"Qış bazarı"nın nəticələri
Qış transfer bazarı cəmi bir ay açıq oldu. Amma klubların heyətlərində düzəlişlər apararaq, lazımsız oyunçuları satmaq və vacib olan futbolçuları almaq imkanı yarandı. Transfer əməliyyatları çox olmasa da, səs-küylü keçidlər də baş verdi.
   "Real"da təmizlik işləri
   "Real"ın keçmiş prezidenti Florentino Peres dünya miqyaslı ulduzların alışında özünə ad-san qazandı. O, hər il Madridə hər hansı məşhur oyunçunu - Zidanı, Fiqunu, Ronaldonu, Bekhemi, Oueni gətirirdi. "Kral klubu"nun yeni rəhbəri Ramon Kalderon, sonra isə onunla birlikdə işə başlayan Fabio Kapello qocalmış ulduzları komandadan təmizləməyə başladı. Fiqu ilə Zidan özləri getdilər. Yeri gəlmişkən, Madriddə hələ də fransalı yarımmüdafiəçinin qərarı haqda təəssüflə danışırlar. Bax, Ronaldonu isə bir az tələsdirməli oldular.
   Braziliyalı forvard madridlilərə az xeyir verməyib. Amma vaxt keçdikcə məşhur futbolçu ilə şöhrətli klub sadəcə olaraq bir-birini bezdirdi. "Yekə diş" oyundan çox, şəxsi həyat barədə düşünürdü. Bəzən o, meydanda "xaltura" edirdi. Braziliyalının artıq çəkisi isə məşqçinin heç dilindən düşmürdü. Ona görə də Kalderon və Kapello təəssüf hissi çəkmədən hələ qocalmamış oyunçudan canlarını qurtardılar. Ronaldo transferə çıxarıldı və kifayət qədər tez bir müddətdə özünə yeni klub tapdı. İndiyə qədər də Şevçenkonun gedişini unutmayan "Milan" bu fürsəti əldən verə bilməzdi. "Rossonerilər" zədə epidemiyasından əziyyət çəkən oyunçuya görə 7.5 milyon avrolarından keçdilər. Yeni komandasında 99 nömrəli formanı geyinən "yekə diş" keçidini belə şərh etmişdi: "Karyeramda "Milan" kimi böyük klub olduğuna görə şadam". "Qırmızı-qaralar" da xobəxtdirlər. Hətta onun "İnter"li keçmişi və müəyyən mənada indisi (Roni "neradzurra"nın səhmlərinin bir qisminin sahibidir) onları narahat etmir. "Sambaçı" artıq özünü doğrultmağa başlayıb. O, "A" Seriyasının son turunda iki dəfə fərqlənib və bir qol ötürməsi verib.
   Dəyiş-düyüş əməliyyatı
   "Aston Villa" və "Uest Hem" İngiltərənin transfer bazarında ən fəal komandalar idi. Birmingemlilər yenidənqurma işlərini davam etdirirlər. Martin ONil yaxşı başlamışdı, amma sonradan bir sıra problemlər ortaya çıxdı. Ona görə də klub rəhbərliyi komandaya yeni qüvvə gətirmək qərarına gəldi. Bunlar ONilin "Seltik"dəki işindən yaxşı tanıdığı hücumameylli yarımmüdafiəçi Şon Neloni, sol kənar hücumçusu Eşli Yanq ("Uotford") və "Lion"dan norveçli Con Karyudur. Sonuncu klubda gözlənilmədən peyda oldu. Çexiyalı Milan Baroş İngiltərdə, xüsusilə də "Aston Villa"da işlərinin düz gətirmədiyini görüb, yeni komanda axtarmağa başladı. Fransızların baş məşqçisi erar Ulye isə prezident an Mişel Olaya köhnə tanışını almaq təklifi ilə müraciət etdi. Ya Olanın pulu qurtarıb, ya da hansısa başqa səbəb var. Amma "aslanlar"la birmingemlilər dəyiş-düyüş əməliyyatını həyata keçiriblər. Baroş Fransaya getdi. Heç nədən xəbəri olmayan Karyuya isə İngiltərəyə yollanmaq tövsiyyə olundu. Demək olar ki, hər iki forvarda yeni kollektivlərinə uyğunlaşmaq üçün çox vaxt lazım olmadı. Onlar artıq komandalarında qol hesablarını da açıblar.
   "Uest Hem" də bazarda fəal çalışır. İlk növbədə çəkicdöyənlərin ağır turnir vəziyyəti onları güclənməyə məcbur edirdi, ikincisi isə payızda həm klub rəhbərliyi, həm də məşqçi dəyişdiyinə görə heyətin dəyişdirilməsi də qaçılmaz idi. Londonlular ən çox komandanın müdafiə xəttinə əl gəzdirdilər. Yüksək səviyyəli müdafiəçilər - Kalum Devenport ("Tottenhem"), Lukas Nill ("Bləkbörn") və İngiltərə yığmasına namizəd Metyu Apson ("Birmingem Siti") kluba gəldi. Orta xətti "Fulhem"in eks-kapitanı Luis Boa Morte və Şotlandiya yığmasına çağırılmış ilk qaradərili futbolçu Naycel Kuoşi ("Uest Bromviç") gücləndirdi. Hücum xəttinə isə "Sevilya"da rəqabətə girə bilməyən Kepa Blanko gətirildi.
   Rusiya yığmasının keçmiş kapitanı Aleksey Smertin də "Uest Hem"in yeni oyunçuları sırasına düşə bilərdi. Amma o, "Fulhem"i seçdi. Smertindən əlavə londonlular "Everton"dan Saymon Devis, amerikalı Klint Dempsi ("Nyu İnqlend Revolyuşn") və "Roma"nın forvardı Vinçenso Montellanı heyətlərinə cəlb etdilər. İtaliyalı hücumçu artıq qolları sıralamağa başlayıb.
   Əks istiqamət
   Gözlənilməz keçidlər də oldu. Nümunə üçün Niderland futbolunun veteranı Edqar Davidsin "Tottenhem"dən doğma "Ayaks"a qayıdışı. Ümumiyyətlə isə, Tom Hedlstounun hutspurluların heyətindən sıxışdırdığı "pitbul" Amsterdama qayıtmağı planlaşdırmırdı. O, demək olar ki, əks istiqamətə - MDS klubu "Dallas"a bilet almışdı. Amma "Davids "Dallas"a gedir" sərlövhəsi elə sərlövhə olaraq qaldı. Edqar doğma yurduna baş çəkdikdən sonra "Ayaks"da qalmağı qərara aldı.
   Digər veteran - Henrik Larsson qış məzuniyyətindən həzz almaq əvəzinə çoxdankı arzusu - "Mançester Yunayted"də oynamaq istəyini həyata keçirdi. İsveçli forvardın istedadının vurğunu Ser Aleks Fergüsson ona bu imkanı yaratdı. 35 yaşlı forvard üç aylıq müddətə "Helsinborq"dan icarəyə götürüldü. Larsson "qırmızı şeytanlar"ın oyun tərzinə tez uyğunlaşdı və bir az da Mançesterdə qalmağın əleyhinə deyil. Amma "Helsinborq" ulduzuna martın 31-dən gec olmayaraq komandaya qayıtmasını bildirib.
   Ötən qış kampaniyasının rekordçusu Şotlandiyanın "Harts of Midlouşn" klubu (bir il əvvəl transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış "ürəklər" birdən-birə 11 oyunçu ilə müqavilə bağlamışdılar) bu dəfə fəallığı ilə seçilmədi. Şotlandiyanın vitse-çempionu yalnız qanalı Kinqstonu transfer etdi. Əvəzində isə Vladimir Romanovun işinə yaramayan iki aparıcı oyunçu komandadan ayrıldı. Stiven Pressli və Pol Hartli onsuz da güclü olan "Seltik"ə keçdi. "Harts"ın üçüncü ulduzu- qapıçı Kreyq Qordan da gedə bilər. O, Britaniyanın ən yaxşı qolkiperlərindən biri sayılır. Klubun rusiyalı sahibi futbolçuya görə 9-dan 24 milyon funta qədər gəlir əldə etməyi planlaşdırır.
   
Səfərəli